• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

ABŞ-ın hədəfində olan ölkələrin siyahısı dəqiqləşdi: Tramp dünyanı orta əsrlər dövrünə geri qaytarır

dunya

5-01-2026, 06:12

ABŞ-ın hədəfində olan ölkələrin siyahısı dəqiqləşdi: Tramp dünyanı orta əsrlər dövrünə geri qaytarır


Ağ Evin, təbii sərvətləri ABŞ iqtisadiyyatı üçün cəlbedici olan dünya ölkələrinə qarşı yeni hərbi əməliyyatlar keçirə biləcəyi qətiyyən istisna deyil... Yəni, Tramp administrasiyası həm dünya dövlətlərini, həm də onların təbii və milli sərvətlərini ələ keçirmək vərdişləri qazanmağa başlayıb...
"Yeni Müsavat" xəbər verir ki, İkinci Dünya Müharibəsindən sonra qurulmuş olan qlobal düzən artıq mövcud deyil. Rusiyanın Ukraynaya işğalçılıq savaşına başlaması ilə mövcud dünya düzəni ciddi şəkildə dağılmağa başlamışdı. ABŞ-da Tramp administrasiyasının hakimiyyətə gəlişi isə qlobal düzənin dağılma prosesi sürətlənmiş oldu. Və bu baxımdan, ABŞ-ın Venesuela diktatoru Nikolas Maduronu hərbi əməliyyatla oğurlaması 80 illik dünya düzəni tamamilə çökdürüldü, hətta "dəfn" edildi.

Ancaq hələlik yeni dünya düzəninin necə olacağı, hansı hüquqi məzmuna yüklənəcəyi məlum deyil. Hazırda şübhə doğurmayan əsas məsələ odur ki, müasir dünya qlobal xaos dönəminə daxil olub. İndi dünyanın heç bir ölkəsi özünü təhlükəsizlikdə hesab edə bilməz. Yəni, hər hansı dövlətin suverenliyi həmin ölkə üçün təhlükəsizlik zəmanəti vermir. Və bu, müasir dünya üçün sözün əsl mənasında, "qlobal kollaps" anlamı daşıyır.

Məsələ ondadır ki, bundan sonra beynəlxalq hüquq normaları üzrə hüquqları tapdalanan dövlətin ədalət üçün müraciət edəcəyi heç qlobal ünvan qalmayıb. BMT formal beynəlxalq quruma çevrilib. Bu qurumun nizamnaməsi və qərarları hüquqi əhəmiyyət daşıya bilməz. Tramp administrasiyasının beynəlxalq hüquq normalarına zidd şəkildə, hərbi zorakılıq yolu ilə "diktator oğurluğu" etməsi güclünün "haqlı" sayılacağı dövrün başlanmasını təmin etdi. Və bundan sonra güclü dövlətlər zəif ölkələri işğal edərkən, hər hansı beynəlxalq qurumun verə biləcəyi reaksiyadan narahat olmayacaq.

Ancaq yeni başlanmış qlobal xaos dövrünün daha qorxunc və dəhşətli mərhələsi hələ irəlidədir. Üstəlik, Tramp administrasiyasının davranışları bu təhlükəli prosesi daha da genişləndirə bilər. Çünki son müşahidələr onu göstərir ki, Ağ Evin biabırçı Venesuela skandalı ilə kifayətlənmək niyyəti yoxdur. Və böyük ehtimalla Tramp administrasiyası ABŞ-ın digər hədəfləri ilə bağlı da tezliklə hərəkətə keçə bilər.

Maraqlıdır ki, həm prezident Donald Trampın, həm də digər Ağ Ev təmsilçilərinin son təhdidkar açıqlamaları ABŞ-ın növbəti hərbi-siyasi hədəflərini təxmin etməyə imkan verir. Belə ki, Ağ Ev administrasiyası rəhbərinin müavini Stiven Millerin həyat yoldaşı Keti Miller Qrenlandiyanın ABŞ bayrağının rənglərində tərtib olunmuş və üzərində “Tezliklə” mesajı olan xəritəsini sosial şəbəkədə paylaşıb. Və bu, vaxtilə prezident Donald Trampın Qrenlandiyanın ABŞ-a aid olması ilə bağlı iddialarlna dolayısı eyham anlamı daşıyır.

Belə anlaşılır ki, Tramp administrasiyası Venesueladan sonra ABŞ-ın növbəti hədəfinə yönəltməyə hazırlaşır. Əslində, prezident Donald Tramp öz səlahiyyətlərinin icrasına başladıqdan sonra həmin hədəfləri bir-bir sıralamışdı. Və ona görə də, Danimarka indi dərhal ABŞ-a sərt mesaj yönəldərək, bu krallığın ərazi bütövlüyünə hörmət olunmasını tələb edib

Məsələ ondadır ki, Ağ Evin ABŞ-ın sərhədləri içərisinə qatmağa can atdığı Qrenlandiya məhz Danimarkaya məxsus böyük bir adadır. Danimarkalı diplomat Sorensen bildirib ki, ABŞ və Danimarka NATO çərçivəsində müttəfiqdir, tərəfdaşlar arasında qarşılıqlı hörmət prinsipi isə qorunmalıdır. Onun fikrincə, müttəfiqlik münasibətləri suverenlik və ərazi bütövlüyü kimi fundamental prinsiplərin şübhə altına alınmasına əsas verə bilməz. Və bu mövqe alyans daxilində sabitlik, eləcə də, qarşılıqlı etimad üçün olduqca vacibdir.

Hələlik Ağ Ev Danimarkadan gələn sərt xəbərdarlıq mesajına rəsmi reaksiya verməyə qətiyyən tələsmir. Hətta ola bilər ki, Ağ Evdə rəsmi Kopenhagenin etirazlarına əhəmiyyət verməyə ehtiyac duymurlar. Çünki artıq heç kəsə sirr deyil ki, Ağ Ev üçün NATO və bu qurum çərçivəsində müttəfiqlik artıq elə bir ciddi əhəmiyyət daşımır. Tramp administrasiyasının Qrenlandiya planı isə indiyə qədər dəfələrlə gündəmə gətirilib. Ağ Evdə hesab edirlər ki, Danimarka könüllü şəkildə Qrenlandiyadan ABŞ-ın xeyrinə imtina etməlidir. Əks halda, ABŞ bu adanın "aid olduğu yerə" birləşməsi üçün qətiyyətli addımlar atmalı olacaq.

Göründüyü kimi, Ağ Ev Qrenlandiyanı ABŞ-ın tərkibinə qaynaqda kifayət qədər qərarlıdır. Ancaq ABŞ-ın analoji hədəfləri yalnız bununla məhdudlaşmır. Belə ki, prezident Donald Tramp Kanadaya könüllü şəkildə ABŞ-ın ştatı olmağı bir neçə dəfə təklif edib. Ağ Ev sahibi əks halda, ABŞ-ın Kanadaya ənənəvi xarakter daşıyan maliyyə-iqtisadi yardımlarını tezliklə dayandıracağı ilə hədələyib. Onun fikrincə, belə addım atacağı təqdirdə, onsuz da Kanada özü ABŞ-ın tərkibinə daxil olmaq üçün xahiş etmək məcburiyyətində qalacaq.

Maraqlıdır ki, ABŞ-ın hədəfində olan ölkələrin siyahısı kifayət qədər genişdir. Ağ Ev indi yalnız bəzi Cənubi Amerika dövlətlərini deyil, hətta Avropa Birliyi ölkələrini də birbaşa təhdid edir. Tramp administrasiyası hesab edir ki, bütün bu ölkələr məhz Ağ Evdən idarə olunmalıdırlar. Eyni zamanda bütün bu ölkələrin iqtisadiyyatları da ABŞ-dan tam asılı vəziyyətə düşməlidir. Və həmin dövlətlər öz təbii sərvətlərindən, eləcə də, milli gəlirlərindən ABŞ-a böyük həcmdə pay ayırmağa hazır olmalıdırlar.

Onu da qeyd etmək lazımdır ki, Venesuela diktatorunun qaçırılmasından dərhal sonra prezident Donald Trampın Meksika barədə açıqlaması ABŞ-ın gələcək hədəflərinin necə böyük təhlükə qarşısında olduğunu təxmin etməyə imkan verir. Belə ki, Ağ Ev sahibi Meksikanı bu ölkənin qadın prezidenti deyil, məhz narkokartellərin idarə etdiyini vurğulamışdı. Ardınca isə Meksika ilə bağlı da yaxın vaxtlarda nəsə edəcəyini bildirmişdi.

Bu baxımdan, Ağ Evin, təbii sərvətləri ABŞ iqtisadiyyatı üçün cəlbedici olan dünya ölkələrinə qarşı yeni hərbi əməliyyatlar keçirmək qərarı verə biləcəyi qətiyyən istisna deyil. Yəni, Tramp administrasiyası həm dünya dövlətlərini, həm də onların təbii və milli sərvətlərini ələ keçirmək vərdişləri qazanmağa başlayıb. Və bu, bütün dünyanı orta əsrlər dövrünə geri qaytara bilər.

Oxunub: 871
Paylaş:
Digər xəbərlər

dunya

18-11-2024, 09:14

Kiçik Tramp: Axmaqlar, Üçüncü Dünya müharibəsinə başlatmaq istəyirlər

dunya

29-08-2024, 06:00

Üçüncü Dünya müharibəsi olacaq - Tramp

gundem / dunya

6-07-2018, 11:11

Tramp Venesuelanın işğalını təklif etdi — Dünya şokda

siyaset

2-04-2024, 07:00

Avropa tezliklə fəlakət məkanına çevriləcək: Qərb lideri nüvə savaşını niyə anons etdi

dunya

26-09-2025, 06:00

Ərdoğan-Tramp tandeminə qarşı “gizli güc” faktoru: Türkiyə və ABŞ-ın maraqları məhz Yaxın Şərqdə toqquşur

Şou Biznes
Rusiya rəsmən etiraf etdi - “Hələ belə müsibət görməmişdik”, Moskvanın başına od ələndi
Afra Saraçoğlu da saxlanıldı
ABŞ Ermənistanı döyüşə hazırlayır – Kimə və nəyə qarşı?
Cem Yılmazdan sonra gündəm oldu: Qulaqdakı bu xətt infarkt xəbərçisidir? - ŞOK
Son Dəqiqə: "Ehdiparfum"un videosunu yayanları bu cəza gözləyir - ŞOK
“Nikosayağı” buna görə qol transplantasiyası etdirməyib
Cəmiyyət
Bu gün, 09:36
Vətən müharibəsinin ildönümü ilə əlaqədar Hərbi Memorial Məzarlığa ziyarət başlayıb
Dünən, 11:31
“ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür” - Prezident
25-09-2026, 14:41
Bakıda deputatla qarpızsatan arasında İNSİDENT
25-09-2026, 14:22
Bu şəxslər üçün avtobus və metro PULSUZDUR
25-09-2026, 11:59
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
25-09-2026, 09:00
"120 nafərlik toy olar, bəs yazdırdığımız nəmərlər?"
Kriminal
20-07-2026, 07:43
Lənkəranda evlərdən oğurluq edən şəxs həbs edildi
6-07-2026, 06:38
Ölənlərdən biri sürücünün 7 yaşlı qızıdır - Dəhşətli qəzanın təfərrüatı
24-06-2026, 06:46
Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlanıb
Son xəbərlər
  • Bu gün, 12:46
    Prezidentlə xanımı Bakıdakı Zəfər parkında - Video - Fotolar
  • Bu gün, 12:00
    Bir dəqiqəlik sükut...
  • Bu gün, 11:20
    Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar
  • Bu gün, 11:13
    “Azərbaycanın yanında olmağa davam edəcəyik”
  • Bu gün, 11:08
    Zakir Həsənov və Kərim Vəliyev Zəfər parkını ziyarət etdi
  • Bu gün, 11:02
    Prezidentlə xanımı Bakıdakı Zəfər parkında olub
  • Bu gün, 09:36
    Vətən müharibəsinin ildönümü ilə əlaqədar Hərbi Memorial Məzarlığa ziyarət başlayıb
  • Bu gün, 09:24
    Xarici İşlər Nazirliyi bəyanat yaydı
  • Bu gün, 09:15
    Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım
  • Bu gün, 09:11
    İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edildi - Foto
  • Bu gün, 09:00
    Azərbaycanda Anım Günüdür!
  • Dünən, 12:31
    “Minkənd” KSES açıldı, “Tekstil Klasteri”nin isə təməli qoyuldu - Fotolar
  • Dünən, 12:11
    İmzalanmış sənədlər Prezidentin iştirakı ilə mübadilə edildi - Fotolar
  • Dünən, 12:00
    “İstəyirik elektrik enerjisinin də iri bir ixracatçısına çevrilək”
  • Dünən, 11:31
    “ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür” - Prezident
  • Dünən, 11:26
    Yardımlıda 16 kiloqram narkotiki belə aşkarladılar - Video
  • Dünən, 11:16
    Bu gün Millətlər Liqasında I tura yekun vurulur - TƏQVİM
  • Dünən, 10:39
    Dövlət başçısı: Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür
  • Dünən, 10:34
    İlham Əliyev: Daxili siyasətin əsas prioritetlərindən biri ərzaq təhlükəsizliyinin təmin edilməsidir
  • Dünən, 10:30
    Prezident: Azərbaycan hələlik iqlim dəyişikliyinin fəsadlarını ciddi şəkildə hiss etmir
  • Dünən, 10:26
    Azərbaycan Prezidenti: Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var
  • Dünən, 10:22
    Dövlət başçısı: "Bu gün 2 mühüm sənəd imzalanacaq"
  • Dünən, 10:18
    İlham Əliyev: Azərbaycan xarici dövlət borcunu bir gün ərzində sıfıra endirə bilər
  • Dünən, 10:14
    Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir
  • Dünən, 09:00
    Ermənilər Kərkinin Azərbaycana qaytarılmasının əleyhinə çıxdı – 59 faiz “yox” deyir
  • 25-09-2026, 16:00
    Rus dilinə arxa çevirmişdi, indi dərsə gedir – Putinin müşaviri Paşinyanı ələ saldı
  • 25-09-2026, 15:30
    Millətlər Liqası: Türkiyə Fransanı qəbul edir, İtaliya Belçikaya qarşı
  • 25-09-2026, 14:41
    Bakıda deputatla qarpızsatan arasında İNSİDENT
  • 25-09-2026, 14:34
    İlham Əliyev “Brookfield Asset Management” şirkətinin direktorunu qəbul etdi
  • 25-09-2026, 14:22
    Bu şəxslər üçün avtobus və metro PULSUZDUR
  • 25-09-2026, 14:00
    Marketlərdə böyük dəyişiklik - 2 gün sonra BAŞLAYIR
  • 25-09-2026, 13:39
    Bu xəbər İrəvana bomba kimi düşdü- doğrudursa, Ermənistanın sonudur
  • 25-09-2026, 13:29
    Əliyev qəbullar keçirdi - Fotolar - Yenilənib
  • 25-09-2026, 13:22
    Əli Kərimli 20 ilə kimi və ya ömürlük həbs edilə bilər - İstintaq bitdi
  • 25-09-2026, 13:15
    Prezident Kobaxidzeyə zəng etdi
Daha çox
25-09-2026, 10:00
Bu gün Qazaxıstanda milli matəm günüdür
22-09-2026, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
25-09-2026, 14:22
Bu şəxslər üçün avtobus və metro PULSUZDUR
Dünən, 10:18
İlham Əliyev: Azərbaycan xarici dövlət borcunu bir gün ərzində sıfıra endirə bilər
Dünən, 11:26
Yardımlıda 16 kiloqram narkotiki belə aşkarladılar - Video
Dünən, 12:31
“Minkənd” KSES açıldı, “Tekstil Klasteri”nin isə təməli qoyuldu - Fotolar
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 399 05 04
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə