• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

ATF MMC regionlarda milyonluq tenderlər qazanır – Əvəz Qocayev–Sahil Babayev tandemi /Qocayevin biznes-imperiyası iddiaları

gundem / cemiyyet

18-11-2025, 10:12



Tenderlər “kralı” kimi bilinən, dövlət qurumlarının – xüsusilə Saleh Məmmədovun rəhbərlik etdiyi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “sevimli” şirkəti kimi mediada təqdim olunan ATF MMC tender bazarında “at oynatmağa” davam edir.
Yenixeber.org: on aylarda isə şirkət müxtəlif bölgələr üzrə milyonlarla manatlıq yol və abadlıq layihələrinin qalibi kimi ardıcıl şəkildə gündəmə gəlir. Bu dinamika açıq satınalma məlumatlarında da özünü göstərir və ATF MMC-nin dövlət sifarişlərindəki fəallığına dair mediada yayılan müzakirələri daha da artırır.

ATF MMC-nin Regional "Qələbələri" və Milyonluq Müqavilələr
Məlumata görə, ötən ay ərzində şirkətin bağladığı müqavilələrin ümumi məbləği 2 milyon manatı ötüb. Regionlarda icra hakimiyyətləri tərəfindən elan edilən iri həcmli yol təmiri tenderlərində qalib gələn ATF MMC-nin son aylar üzrə diqqət çəkən layihələri (bağlanan və gözlənilən müqavilələr) aşağıdakılardır:
Belə ki, Mingəçevir Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi ilə “Mingəçevir şəhərində yolların və səkilərin əsaslı təmiri işlərinin satın alınması” üzrə 2.075.946,07 AZN məbləğində;
Balakən Rayon İcra Hakimiyyəti ilə isə “Balakən şəhər küçələrinin əsaslı təmiri” üzrə 344.592,1 AZN dəyərində müqavilə imzalanıb.



Bundan əlavə, şirkətin qalib olduğu və yaxın günlərdə bağlanacağı gözlənilən tenderlərin ümumi dəyəri 3 milyon manata yaxındır. Bu satınalmalar aşağıdakılardır:
Oğuz Rayon İcra Hakimiyyəti – “Oğuz şəhərində küçələrin əsaslı təmiri”, 586.788,16 AZN (15.10.2025, 18:04)
Mingəçevir Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi – “Mingəçevir şəhərində yolların və səkilərin əsaslı təmiri işlərinin satın alınması”, 2.075.946,07 AZN (07.10.2025, 18:55)
Balakən Rayon İcra Hakimiyyəti – “Balakən şəhər küçələrinin əsaslı təmiri”, 344.592,1 AZN (06.10.2025, 19:19)



Göründüyü kimi, şirkət regionlarda yol və səki təmirində ümumilikdə 3 milyon manata yaxın həcmdə sifarişlər portfelini formalaşdırıb. Media məlumatlarına görə, nizamnamə kapitalı cəmi 20 AZN olan və Muradov qardaşlarına (Azad, Təbriz, Fəxrəddin) aid olduğu deyilən bu şirkətin belə böyük layihələri icra etmək üçün kifayət qədər maddi-texniki bazasının olub-olmaması da şübhə doğurur. Hətta qeyd olunur ki, şirkətin yolu tender bazarına məhz Saleh Məmmədov və onun müavini Əvəz Qocayev tərəfindən açılıb.

AAYDA Rəhbərliyindəki Soyuq Müharibə və Əvəz Qocayev Faktoru
Mətbuatda yayılan məlumatlara görə, ATF MMC-nin tender bazarındakı bu fəallığı AAYDA sədri Saleh Məmmədov və onun müavini Əvəz Qocayev arasında gedən "soyuq müharibə"nin fonunda baş verir.

Mətbuatın İddialarına Əsasən Əvəz Qocayevlə Bağlı Əsas Məlumatlar:

Çoxmilyonluq Var-Dövlət İddiaları: Mediada yayılan məlumatlara görə, Azərbaycan Avtomobil Yolları Agentliyinin sədr müavini Əvəz Qocayevin və ailəsinin geniş mülkiyyət və biznes portfeli olduğu bildirilir. İddialara görə, onun adına Binəqədi, Digah yol kəsişməsində “Ocaq” ailəvi restoranı və Yasamal, Xətai, Səbail rayonlarında fəaliyyət göstərən “Ocaq” restoran–kafe–art şəbəkəsi daxildir. Tovuz rayonunun Əyyublu kəndində böyük ferma və artezian quyuları, həmçinin torpaq sahələri olduğu qeyd edilir.

Port Bakuda 130 kvadrat metrlik mənzil, əlavə olaraq Port Bakuda 150 kvadrat metrlik başqa mənzil, “Star-M” MTK-da iki mənzil (ümumi sahəsi 320 kv.m) və “Real” MTK-da 185 kvadrat metrlik mənzil onun mülkləri arasındadır. Köhnə “Varovski”də 3 mərtəbəli villa, Novxanıda üç villa və Şüvəlanda villa olduğu da bildirilir. Binəqədi rayonunda əlavə torpaq sahələri, Moskvada və İstanbulun Levent bölgəsində mənzilləri mövcuddur.
Qızı Xatirə Qocayeva tərəfindən idarə edilən “NN” gözəllik salonları şəbəkəsi və qızının adına 2 milyon manat depozit, həyat yoldaşı Tamella Qocayevanın və digər şəxslərin adına isə 10 milyon manat depozit olduğu, illik təxminən 200 min manat faiz gəliri əldə etdiyi vurğulanır.
Mediada həmçinin iddia olunur ki, Qocayevin ailəsi Range Rover, Audi Q7, Mercedes S-Class, Porsche və BMW markalı bahalı avtomobillərə sahibdir. Onun Tovuz və Əyyubluda tikinti materialları mağazaları, Dərnəgüldə başqa bir mağazası, bacısı Afət Qocayeva isə Əyyublu kənd orta məktəbinin direktoru olaraq fəaliyyət göstərir. Bundan əlavə, Qocayevin tender şirkəti və “Polat Qapı Yol” MMC ilə şəriklikləri olduğu bildirilir.

Qeyd olunur ki, bu var-dövlət məmur maaşı ilə qazanılan sərvət ola bilməz.

Korrupsiya İddiaları: Əvəz Qocayevin "Azəravtoyol"un "qara kassası" kimi təqdim edilməsi və ona yaxın tender şirkəti ilə şəriklik iddiaları mətbuatda dəfələrlə yer alıb. Ən diqqətçəkən iddia isə ASC işçilərinin maaşının 15%-nin qeyri-qanuni şəkildə tutularaq ona çatmasıdır.
Saleh Məmmədovla Gərginlik: Media Əvəz Qocayevin fəaliyyətinin Saleh Məmmədov tərəfindən dəyərləndirilməməsi, hətta sədrin onu özündən uzaqlaşdırmağa çalışması barədə məlumatlar yayır. Həmçinin, mətbuatda Ə. Qocayevin sabiq nazir Ziya Məmmədov və DYP rəisi Ramiz Zeynalovla birlikdə S. Məmmədovu vəzifədən devirmək üçün "böyük plan" qurduğu barədə iddialar da yer almışdı.

ATF MMC-dəki Dəyişikliklər və Yeni İddialar
Son məlumatlara görə, "tender kralı" ATF MMC-də rəhbərlik dəyişib: Təbriz Muradov qanuni təmsilçilikdən çıxarılıb, yerinə qardaşı Azad Muradov təyin edilib. Həmçinin, şirkətin təsisçilərindən olan Fəxrəddin Muradovun 2021-ci ildə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilərək həbs olunduğu xatırladılır. Bütün bunlara baxmayaraq, AAYDA-nın şirkətlə "işləməyə" davam etməsi və Göyçayda 17 saylı Yol İstismar İdarəsinin rəisinın dəyişdirilərək yerinə ATF MMC-nin təsisçisinin oğlunun - Tehran Muradlaı Təbriz oğlunun təyin edilməsi və dövlət texnikasının şirkətin işlərinə cəlb edilməsi barədə korrupsiya iddiaları da səsləndirilib.(32gün.az)

Oxunub: 1 412
Paylaş:
Digər xəbərlər

cemiyyet

30-10-2019, 13:06

73 milyonluq 237 tenderi udan “hərşeyşünas” şirkət kimindir?

cemiyyet

14-04-2025, 09:39

Saleh Məmmədova yaxın olduğu deyilən “tender kralı” daha bir müsabiqənin qalibi oldu

gundem / cemiyyet

6-08-2025, 08:31

Zaur Mikayılovdan rekord – 8 aya 21 milyonluq 41 tender

gundem / cemiyyet

17-05-2021, 06:13

Cavid Qurbanov şübhəli və “çox profilli” şirkətlə 2 müqavilə bağladı

gundem / cemiyyet

8-04-2025, 06:17

Əvəz Qocayev gedir, sədrlik arzusu gözündə qaldı: Saleh Məmmədovun yerinə kim gəlir?

Şou Biznes
Azərbaycanda müğənnilər 15 min manat qazanıb, 20 manat vergi ödəyirlər
“Tacir bundan da pis günə qalacaq, oğlum öldü, yasına gəlmədi...” – Murad Rzayev
Rusiya rəsmən etiraf etdi - “Hələ belə müsibət görməmişdik”, Moskvanın başına od ələndi
Afra Saraçoğlu da saxlanıldı
ABŞ Ermənistanı döyüşə hazırlayır – Kimə və nəyə qarşı?
Cem Yılmazdan sonra gündəm oldu: Qulaqdakı bu xətt infarkt xəbərçisidir? - ŞOK
Cəmiyyət
Bu gün, 10:47
Nazirlik pensiyalarla bağlı yeni QƏRAR QƏBUL ETDİ
Bu gün, 10:36
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
Bu gün, 09:00
Xəzərin suyunu içəcəyiksə,su tarifləri ucuzlaşacaq, yoxsa bahalaşacaq?
Dünən, 15:30
Üzərində bu sözlər olan qidaları heç vaxt almayın
Dünən, 12:29
Bank kartları ilə bağlı komissiyalar azaldılsın - DEPUTATDAN TƏKLİF
Dünən, 12:26
Onlayn alış-veriş edənlərin nəzərinə: Qaydalar dəyişir
Kriminal
7-10-2026, 09:54
Bakıda məktəblinin qətlində ŞOK DETAL- VİDEO
20-07-2026, 07:43
Lənkəranda evlərdən oğurluq edən şəxs həbs edildi
6-07-2026, 06:38
Ölənlərdən biri sürücünün 7 yaşlı qızıdır - Dəhşətli qəzanın təfərrüatı
Son xəbərlər
  • Bu gün, 10:54
    Mikayıl Cabbarovun İtaliyaya səfəri başlayır
  • Bu gün, 10:51
    Qaxda iki dost məktəbli qıza təcavüz etdi - TƏFƏRRÜAT
  • Bu gün, 10:47
    Nazirlik pensiyalarla bağlı yeni QƏRAR QƏBUL ETDİ
  • Bu gün, 10:36
    Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
  • Bu gün, 10:09
    Ebola bu ölkəyə də sıçradı
  • Bu gün, 10:05
    Lerikdə qanunsuz qızıl axtaranlara qarşı əməliyyat - Ölən var
  • Bu gün, 10:02
    Fransadakı səfirimiz Makronun xanımı ilə görüşdü - Fotolar
  • Bu gün, 09:57
    Bakının mərkəzində restoranda yanğın - VİDEO
  • Bu gün, 09:53
    UEFA Çempionlar Liqası: Bavariya" "Arsenal"a, "Qalatasaray" "Lill"ə qarşı
  • Bu gün, 09:50
    Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
  • Bu gün, 09:46
    Zelenski razılaşmaya getməli olacaq - Tramp
  • Bu gün, 09:00
    Xəzərin suyunu içəcəyiksə,su tarifləri ucuzlaşacaq, yoxsa bahalaşacaq?
  • Dünən, 16:45
    Qarabağ Milli Parkı yaradılır - Sərəncam
  • Dünən, 16:00
    Alman nəhəngindən 100 min işçiyə ağır zərbə – Maaşlar 2030-cu ilə qədər dondurulur
  • Dünən, 15:30
    Üzərində bu sözlər olan qidaları heç vaxt almayın
  • Dünən, 14:22
    Parisdəki etirazlar İrəvanda da olmalı - Çağırış
  • Dünən, 13:39
    Zəngəzur dəhlizindən Rusiyaya pay?!
  • Dünən, 13:06
    Ərinin qətlini sifariş edən Əzizə Seyidova barədə qərar verildi
  • Dünən, 12:29
    Bank kartları ilə bağlı komissiyalar azaldılsın - DEPUTATDAN TƏKLİF
  • Dünən, 12:26
    Onlayn alış-veriş edənlərin nəzərinə: Qaydalar dəyişir
  • Dünən, 12:22
    Prokurorlara yeni səlahiyyət verilir
  • Dünən, 12:19
    Azərbaycanda bu hərbçilər cərimələnəcək - MƏBLƏĞLƏR
  • Dünən, 10:55
    Bakıda bağçada təhlükəli vəziyyət - Araşdırma başladı
  • Dünən, 10:32
    Gələn il elektrikin 33%-i bu mənbədən olacaq - Nazir açıqladı
  • Dünən, 10:21
    Məişət cihazları artıq qiymətə yox, buna görə alınacaq - Yeni layihə
  • Dünən, 10:17
    Yeni qaydalar hazırlanıb - YANVARIN 1-DƏN TƏTBİQ OLUNACAQ
  • Dünən, 09:57
    Məleykə Abbaszadədən sualların çətinliyi ilə bağlı İDDİALARA CAVAB
  • Dünən, 09:38
    Uşaq meydançasında təhlükəli çökmə - VİDEO
  • Dünən, 09:33
    “Zelenski nə dediyini bilmir, danışıqları başqası aparmalıdır”
  • Dünən, 09:30
    Başladı: Deputatın keçmiş arvadı və “Qalatasaray” rəhbərliyindəki oğlu qandallanır
  • Dünən, 09:29
    “Sabah”ın “Borussiya Dortmund” sınağı - ÇL
  • Dünən, 09:12
    Məktəblərə repetitorluğa son qoyacaq yeni sistem gəlir
  • Dünən, 09:00
    Zəngilanın azad edilməsindən 6 il ötür
  • 19-10-2026, 16:00
    Azərbaycanın dostuna qarşı ağır ittiham – Ölkə başçısı onu ömürlük həbsə göndərir
  • 19-10-2026, 15:30
    İsrail-Rusiya münasibətlərində GƏRGİNLİK BAŞLADI
Daha çox
16-10-2026, 14:22
Xırdalanda Nurlan Həsənovun "mansard izi" - 10 il əvvəl təhvil verilən binada əlavə iki mərtəbə tikilir
18-10-2026, 09:00
Müstəqilliyimizin bərpasından 35 il keçir
14-10-2026, 13:11
Məktəbli formasına görə saxlanılanlar barədə QƏRAR VERİLDİ
Dünən, 09:12
Məktəblərə repetitorluğa son qoyacaq yeni sistem gəlir
14-10-2026, 12:37
İstanbulda leysan, sel qadını apardı - Video
14-10-2026, 15:30
Mirzoyan: "Sabah başlıq oxuya bilərsiz ki, Türkiyə ilə sərhəd açılıb"
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 300 23 10
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə