• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

Paşinyandan “Putin NATO-su”na hücum - Bakıdan əl çəkmir

dunya

17-09-2025, 12:30



Erməni baş nazir yenə Azərbaycanın adını çəkərək KTMT-yə “daş atıb” - reaksiya
Ermənistanın baş naziri Nikol Paşinyan yenidən hədəfi dəyişməyib, bu dəfə də Azərbaycanın adını çəkərək “Putin NATO-su”na daş atıb. Modern.az xəbər verir ki, “Kompleks təhlükəsizlik və dayanıqlılıq 2025" beynəlxalq konfransında çıxış edən Paşinyan KTMT-ni Ermənistanın təhlükəsizliyini təmin edə bilməməkdə günahlandırıb.

Onun sözlərinə görə, artıq hərbi-siyasi ittifaqlar və ordunun özü ölkənin xarici təhlükəsizliyini qorumaq üçün effektiv mexanizm deyil: "Xüsusilə KTMT məsələsində 3 dəfə uğursuzluq olub. KTMT Azərbaycana eyni dərəcədə “qardaş ölkə” kimi yanaşıb və Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Amma eyni yanaşmanı Ermənistan üçün görmək mümkün olmayıb". Paşinyan xatırladıb ki, 2021-ci ilin mayında, 2022-ci ilin sentyabrında, eləcə də İkinci Qarabağ müharibəsi zamanı Ermənistan KTMT-yə müraciət etsə də, cavab ala bilməyib. Lakin burada bir paradoks ortaya çıxır: Ermənistan rəhbərliyi Azərbaycanın ərazi bütövlüyünü tanıyıbsa, o halda KTMT hansı əsasla Qarabağ uğrunda savaşda İrəvana hərbi dəstək verməliydi? Axı təşkilatın nizamnaməsi açıq şəkildə göstərir ki, yalnız üzv dövlətlərin suveren ərazisinə hücum olduqda kollektiv müdafiə mexanizmi işə düşür. Putin həmin vaxt açıq demişdi: “Müharibə Ermənistan ərazisində getmir”. İndi isə Paşinyan eyni fikri təsdiqləyir. Deməli, KTMT, sadəcə, nizamnaməyə uyğun davranıb. Əslində məsələ başqadır: son 2 ildə KTMT-nin bütün tədbirlərini boykot edən Ermənistan rəhbərliyi artıq bu blokdan çıxmaq üçün bəhanələr axtarır. İndi də günahı Azərbaycan üzərinə yıxaraq “Putin NATO-su”na qarşı ritorikanı sərtləşdirir. Amma Bakı üzərindən KTMT-yə hücum cəhdləri həm məntiqsizdir, həm də siyasi uğursuzluğa məhkumdur.

Hərbi ekspert Rövşən Məhərrəmli “Yeni Müsavat”a deyib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın son 2 ildə KTMT tədbirlərini boykot etməklə, faktiki olaraq bu qurumdan uzaqlaşma kursunu seçib: “Amma Ermənistan hələ də açıq şəkildə təşkilatdan çıxmağa cəsarət etmir. Çünki yaxşı anlayır ki, KTMT-dən tam qopmaq Moskva ilə münasibətlərin qəti şəkildə korlanması deməkdir və bu, həm siyasi, həm də iqtisadi baxımdan Ermənistan üçün ciddi risklər yarada bilər. Belə bir vəziyyətdə Paşinyan Qərbə inteqrasiya yolunu prioritet elan edib. Lakin burada da problem var, Ermənistan NATO və ya Avropa İttifaqı ilə yaxınlaşmaq istəsə də, onların heç biri Ermənistanı dərhal təhlükəsizlik "çətiri" altına almağa hazır deyil. Qərbin mövqeyi daha çox regional sabitliyə və Azərbaycanın üstün mövqeyinə hörmət əsasında formalaşır. Bu gün Azərbaycan bölgənin əsas hərbi-siyasi oyunçusudur və Qarabağ məsələsinin qəti həlli ilə öz suverenliyini tam təmin edib. Ermənistanın bütün arqumentlərinin iflasa uğraması da məhz bu reallıqdan qaynaqlanır".

Hərbi ekspert bildirib ki, Ermənistanın indiki təhlükəsizlik böhranı bir tərəfdən Moskva ilə münasibətlərin soyuqlamasından, digər tərəfdən isə Qərbin hələlik konkret hərbi dəstək təklif etməməsindən qaynaqlanır: “Yəni Ermənistan hazırda "boşluq" mərhələsini yaşayır. Belə şəraitdə Paşinyanın Azərbaycanı da işin içinə qataraq KTMT-ni ittiham etməsi, sadəcə, daxili auditoriyaya hesablanmış addımdır. Amma bu addımlar nə beynəlxalq miqyasda dəstək gətirəcək, nə də Ermənistanın real təhlükəsizlik problemlərini həll edəcək. Hazırda KTMT-də qalmaq Ermənistan üçün ənənəvi variantdır. Bununla Moskva ilə münasibətlərdə müəyyən sabitlik qorunur, iqtisadi asılılıq mexanizmləri davam edir. Paşinyanın son çıxışları göstərir ki, İrəvanın hədəfi Ermənistan Avropa İttifaqı və NATO ilə yaxınlaşmaqla siyasi dəstək və iqtisadi imkanlar əldə etməsidir. Ən önəmlisi budur ki, Qərb Azərbaycanın regiondakı gücünü və ərazi bütövlüyünü tanıyır. Hazırda Ermənistan üçün nəzəri olaraq ən balanslı yol Moskva ilə tam qarşıdurmadan yayınmaq, eyni zamanda Qərblə əməkdaşlığı inkişaf etdirməkdən keçir. Ermənistanın coğrafi mövqeyi, Rusiya hərbi bazasının Gümrüdə yerləşməsi və iqtisadi asılılıq bu siyasətin reallaşmasını çətinləşdirir. Bundan başqa, regionda neytral mövqeyi qorumaq üçün güclü dövlətçilik və sabit iqtisadi əsaslar lazımdır, amma Ermənistanda bunlar yoxdur. Buna görə də Ermənistanın təhlükəsizlik siyasəti dalana dirənib. Bu şəraitdə Paşinyanın Azərbaycan üzərindən KTMT-yə ittihamlar yönəltməsi əslində daxili auditoriyaya hesablanmış gedişdir. Amma strateji baxımdan Ermənistanın əlində real çıxış yolu görünmür".

Siyasi şərhçi Kamran Məmmədli “Yeni Müsavat”a deyib ki, Paşinyanın KTMT-yə qarşı son çıxışlarını sırf ittifaqdan məyusluq kimi dəyərləndirmək sadəlövhlük olar: “Burada məsələ daha dərindir. Əvvəla, Paşinyan etiraf edir ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Bu halda KTMT-dən Qarabağ uğrunda döyüşlərdə hərbi dəstək gözləməsi absurddur. Çünki təşkilatın nizamnaməsi yalnız üzv dövlətin beynəlxalq səviyyədə tanınmış ərazisinə hücum olduqda işə düşür. Bunu həm Putin, həm də digər KTMT liderləri açıq demişdilər. Əslində Paşinyanın çıxışlarında 2 paralel xətt var - Moskva ilə məsafəni artırmaq, Ermənistan artıq KTMT-nin iclaslarını boykot edir və faktiki olaraq təşkilatdan çıxışa hazırlaşır.

Bundan əlavə, daxili auditoriyanı bu addıma hazırlamaq. Paşinyan indiki halda çalışır ki, Ermənistan cəmiyyətinə “bizim günahımız deyil, KTMT bizi müdafiə etmədi” mesajını versin. Bu gün İrəvanda yaxşı anlayırlar ki, Azərbaycan öz ərazi bütövlüyünü təmin edib və regionda yeni qaydaları müəyyən edən əsas gücə çevrilib. Burada bir mühüm detal da var. Ermənistan Qərbə doğru yönəlmək istəyir, amma Qərb Ermənistanın bütün arzularını dəstəkləməyəcək. Çünki Vaşinqton və Brüssel də Azərbaycanın ərazi bütövlüyünü tanıyır və regionda Bakı ilə əməkdaşlığı prioritet sayır".

Siyasi şərhçi deyib ki, Nikol Paşinyanın KTMT-yə qarşı ittihamlı ritorikası əslində Ermənistanın çıxılmaz vəziyyətini ört-basdır etmək cəhdidir: “Hədəf KTMT deyil, hədəf Moskva ilə balansı dəyişmək və Qərbə mesaj göndərməkdir. Amma bunu Azərbaycanı işin içinə qataraq etməsi həm diplomatik, həm də siyasi baxımdan uğursuzdur. Nikol Paşinyan bu cür gedişlərlə yalnız daxili auditoriyasını azdıra bilər”.

Oxunub: 1 560
Paylaş:
Digər xəbərlər

dunya

20-04-2023, 09:42

Paşinyan: Ermənistan KTMT missiyasını öz ərazisində yerləşdirməyə hazırdır

dunya

29-11-2024, 06:44

Putin: İrəvanın KTMT-ni Qarabağa görə ittihamı...

dunya

18-09-2024, 07:16

KTMT Ermənistanın təhlükəsizliyinə təhlükə yaradır - Paşinyan

dunya

20-04-2022, 06:26

Putin Ermənistana səfər edəcək

dunya

16-09-2021, 07:34

Ermənistan xarici işlər və müdafiə naziri KTMT-nin iclasına qatılmadı - SƏBƏB

Şou Biznes
Rusiya rəsmən etiraf etdi - “Hələ belə müsibət görməmişdik”, Moskvanın başına od ələndi
Afra Saraçoğlu da saxlanıldı
ABŞ Ermənistanı döyüşə hazırlayır – Kimə və nəyə qarşı?
Cem Yılmazdan sonra gündəm oldu: Qulaqdakı bu xətt infarkt xəbərçisidir? - ŞOK
Son Dəqiqə: "Ehdiparfum"un videosunu yayanları bu cəza gözləyir - ŞOK
“Nikosayağı” buna görə qol transplantasiyası etdirməyib
Cəmiyyət
Bu gün, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Bu gün, 11:25
Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
Bu gün, 11:16
Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ
Bu gün, 09:45
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Dünən, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Dünən, 12:28
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Kriminal
20-07-2026, 07:43
Lənkəranda evlərdən oğurluq edən şəxs həbs edildi
6-07-2026, 06:38
Ölənlərdən biri sürücünün 7 yaşlı qızıdır - Dəhşətli qəzanın təfərrüatı
24-06-2026, 06:46
Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlanıb
Son xəbərlər
  • Bu gün, 13:39
    Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
  • Bu gün, 13:00
    İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
  • Bu gün, 12:55
    Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
  • Bu gün, 12:29
    Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
  • Bu gün, 12:19
    Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
  • Bu gün, 12:15
    Prezident əfv Sərəncamı imzaladı
  • Bu gün, 12:11
    Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
  • Bu gün, 12:05
    Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
  • Bu gün, 11:54
    İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
  • Bu gün, 11:50
    Mərkəzi Bank manatla bağlı qərar verdi
  • Bu gün, 11:46
    Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
  • Bu gün, 11:28
    Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq
  • Bu gün, 11:25
    Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
  • Bu gün, 11:21
    XİN Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib
  • Bu gün, 11:16
    Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ
  • Bu gün, 11:07
    Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı
  • Bu gün, 11:03
    Prezident mühüm SƏRƏNCAM İMZALADI
  • Bu gün, 10:17
    Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
  • Bu gün, 09:45
    Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
  • Bu gün, 09:00
    Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
  • Dünən, 16:00
    Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
  • Dünən, 15:30
    Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
  • Dünən, 14:22
    Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
  • Dünən, 13:39
    Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
  • Dünən, 13:14
    Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
  • Dünən, 13:03
    Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
  • Dünən, 13:00
    Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
  • Dünən, 12:32
    DYP kənd texnikası sürücülərinə müraciət etdi
  • Dünən, 12:28
    Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
  • Dünən, 12:24
    Prezident müşavirə keçirdi - FOTOLAR
  • Dünən, 12:01
    Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?
  • Dünən, 11:55
    Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
  • Dünən, 11:34
    Azərbaycan buna görə müdafiə xərclərini yüksək səviyyədə saxlayır
  • Dünən, 11:23
    Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
  • Dünən, 10:33
    İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən görüntülər
Daha çox
16-09-2026, 14:10
İcra başçısı dama qalxdı - VİDEO
18-09-2026, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
16-09-2026, 14:29
Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
Dünən, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
17-09-2026, 17:59
Suraxanıda “Daş abidə”nin yerindəki tikinti dayandırıldı - İcra hakimiyyəti və qurumlar hara baxırdı? - VİDEO
18-09-2026, 12:12
Tahir Gözel bu bankın rəhbəri oldu
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 399 05 04
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə