Azərbaycan Dövlət Aqrar Universitetini rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov növbəti uğuru
gundem / cemiyyet
23-02-2022, 09:35
Azərbaycan Dövlət Aqrar Universiteti ölkə ali təhsil müəssisələri arasında ilk dəfə İSO 21001:2018 beynəlxalq standartı üzrə bütün mərhələrdən keçərək ”Təhsil təşkilatları üçün idarəetmə sistemləri- istifadə üzrə rəhbərlik və tələblər” sertifikatını qazanmışdır. Bu gün İNSERT Beynəlxalq sertifikatlaşdırma şirkətinin direktoru Şamo Muradov qeyd edilən standart üzrə İSO sertifikatını universitetin ümumi toplantısında müəssisəyə təqdim etmişdir. Hər kəs üçün uğurlu olsun. Zəhməti keçən bütün əməkdaşlara, ekspertlərə, Kənd Təsərrüfatı nazirliyinin işçilərinə dərin təşəkkürümü bildirirəm.