9-02-2022, 11:52
Kəmaləddin Heydərovu Sahil Babayev əvəzləyir

Kəmaləddin Heydərovu Sahil Babayev əvəzləyir


Azərbaycan Boks Federasiyasının (ABF) prezidenti vəzifəsinə namizəd şəxs müəyyənləşib.

Report məlumatına görə, bu, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevdir.

S.Babayevin bu gün Gənclər və İdman Nazirliyinin inzibati binasında keçiriləcək ABF-in hesabat-seçki konfransında yeni vəzifəyə seçiləcəyi gözlənilir. O, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovu əvəzləyəcək.

Qeyd edək ki, K.Heydərov ABF-yə 2009-cu il yanvarın 23-dən rəhbərlik edir.
Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın