21-01-2022, 11:57
Azərbaycanda pensiyaya çıxmağın qaydaları açıqlandı

Azərbaycanda pensiyaya çıxmağın qaydaları açıqlandı


Dövlət Sosial Müdafiə Fondu (DSMF) Azərbaycanda pensiyaya çıxmağın qaydalarını açıqlayıb.

“Bu barədə qurumun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının direktoru Mail Məmmədov məlumat verib.

“Bəzən vətəndaşlar hesab edirlər ki, yaşları tamam olubsa, onlara avtomatik qaydada əmək pensiyası təyin edilməlidir. Ancaq bu, belə deyil. "Əmək pensiyaları haqqında” qanuna əsasən, pensiya kapitalı yığılarsa, avtomatik qaydada pensiya təyinatı olur. Əgər vətəndaş hesab edirsə ki, onun həmin dövrlər ərzində pensiya kapitalı varsa, 25 il və daha çox sığorta stajı varsa, qəbul şöbələrinə, DOST mərkəzlərinə müvafiq sənədlərlə müraciət edə bilər. Ona pensiya çıxmaq hüququnun olub-olmaması araşdırılaraq məlumat veriləcək", - o qeyd edib.
Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın