21-01-2022, 08:43
Bakıda qəzadan sonra avtomobil yandı: Ölən və yaralanan var - FOTO/VİDEO

Bakıda qəzadan sonra avtomobil yandı: Ölən və yaralanan var - FOTO/VİDEO


Bakının Xətai rayonunda avtomobil qəza zamanı yanıb.

APA xəbər verir ki, yol qəzası 8 noyabr prospektində baş verib.

“Kia” markalı avtomobili idarə edən 1986-cı il təvəllüdlü Hacıyev Firuz Sabir oğlu yüksək sürətlə nəqliyyat vasitəsini divara çırpıb. Avtomobil güclü zərbənin təsirindən yanmağa başlayıb.

Əraziyə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib. Yaralı F.Hacıyev avtomobildən çıxarılaraq xəstəxanaya təhvil verilib. Nəqliyyat vasitəsində olan sərnişin isə aldığı xəsarətlərdən hadisə yerində ölüb. Xəstəxanada yaralıya açıq kəllə beyin, baş-beyin əzilməsi, göz almasının qopması və gözün qopması diaqnozları qoyulub. Həkimlər F.Hacıyevin vəziyyətinin ağır olduğunu bildirir.

Qeyd edək ki, avtomobil icarəyə götürülüb.


Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın