5-01-2022, 18:30
Salzburqda bayram tədbirləri keçirilib - Fotolar

Salzburqda bayram tədbirləri keçirilib - Fotolar


Avstriya respublikasının Salzburg şəhərində yerləşən Azərbaycan Evində 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Avstriya Azərbaycanlıları Cəmiyyətinin sədri Fərid Əzizov açıb. Fərid Əzizov Ali Baş Komandanın 44 günlük Zəfərlə nəticələnən tarixi qələbədən bəhs edib. Xalqımızın bir yumruq kimi Ali Baş Komandanın ətrafında birləşərək vətənin bütövlüyünü bərpa etməsindən danışıb. Vətən Müharibəsində canlarını vətən uğrunda verən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan həqiqətlərini Avstriya ictimaətinə çatdırılması və 2021 ci ildə diaspora quruculuğu işlərində göstərdiyi xüsusi fəallığa görə bir qurub diaspora üzvü və qardaş Türkiyəli vətəndaş təşəkkürnamə ilə təltif olunub.

Təltif olunanlar arasında Avstriya Respublikasında fəaliyyət göstərən psixolog doktor Nərmin Xanalizadə, 1 ci Qarabağ müharibəsinin iştirakçısı Qarabağ Qazisi Ramiz Məmmədov,qardaş Türkiyə Cümhuriyyətinin nümayəndəsi iş adamı Durmuş Aydəmirdə var.
Mükafatlandırılan şəxslər bu mükafatın onlar üçün çox böyük mənəvi stimul olduğunu söylədilər. Qarabağ Qazisi Ramiz Məmmədov vətənpərvərliyin təbliğinin xaricdə yaşayan Azərbaycanlılar üçün neçə önəmli olduğunu söylədi.



Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın