30-12-2021, 13:02
Putin Azərbaycan Prezidentini Yeni il münasibətilə təbrik edib

Putin Azərbaycan Prezidentini Yeni il münasibətilə təbrik edib


Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın dövlət başçısı İlham Əliyevə Yeni il münasibətilə təbrik ünvanlayıb.

Bu barədə Kreml məlumat yayıb.

Təbrikdə qeyd olunub ki, iki dövlətin başçılarının başa çatmaqda olan ildə Moskva və Soçidə görüşləri Rusiya və Azərbaycan arasında strateji tərəfdaşlığın möhkəmliyini tam təsdiqləyib.

V.Putin Rusiya-Azərbaycan əlaqələrinin bundan sonra da inkişaf etdirilməsi üçün konstruktiv dialoq və sıx birgə fəaliyyətin davam etdirilməsinə ümidvar olduğunu cəmifadə edib. Vurğulanıb ki, bu, iki dövlətin xalqlarının əsas maraqlarına cavab verir.
Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın