16-10-2021, 11:45
Metroda sərnişinlərin COVID pasportu yoxlanılır? - RƏSMİ AÇIQLAMA

Metroda sərnişinlərin COVID pasportu yoxlanılır? - RƏSMİ AÇIQLAMA


Ötən gün Bakı metropolitenin platformasında sərnişinlərin COVID pasportu yoxlanılıb.

Bu barədə sosial şəbəkə istifadəçiləri məlumat yayıb. Vətəndaşlar Nazirlər Kabineti yanında Operativ Qərargahın belə bir qaydası olmadığı halda metroda nə üçün sərnişinlərin COVID pasportunun yoxlanılmasını sual ediblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Ölkə.Az-a açıqamasında məsələyə aydınlıq gətirib. O bildirib ki, metropoliten ərazisində müalicə ünvanını tərk edən aktiv koronavirus xəstəsi olduğundan onu aşkarlamaq məqsədilə sakinlərin COVID pasportlarına baxılıb.
Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın