14-10-2021, 10:16
Türkiyə Mərkəzi Bankında 3 rəhbər şəxs vəzifəsindən azad edildi

Türkiyə Mərkəzi Bankında 3 rəhbər şəxs vəzifəsindən azad edildi


Türkiyə Mərkəzi Bankının sədrinin köməkçiləri vəzifələrindən azad edilib.

“Türk mediası xəbər verir ki, sədrin 2 köməkçisi Semih Tumen və Uğur Namık Küçük, Pul Siyasəti Şurası üzvü Abdullah Yavaş vəzifələrindən azad ediliblər. Bu barədə prezidentin qərarı rəsmi qəzetdə yayımlanıb.

Həmçinin sədrin köməkçisi vəzifəsinə Taha Çakmak, Pul Siyasəti Şurası üzvü vəzifəsinə isə Yusuf Tuna təyin olunub.

Qərar dərc edildikdən sonra dollar 9,09 lirədən 9,17 lirəyə qalxaraq rekord qırıb.
Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın