30-07-2021, 10:01
Mikayıl Cabbarov Bakıya “Qarabağ”la eyni təyyarədə qayıtdı – FOTOLAR

Mikayıl Cabbarov Bakıya “Qarabağ”la eyni təyyarədə qayıtdı – FOTOLAR


Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın həmsədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovun başçılıq etdiyi nümayəndə heyəti İsraildə işgüzar səfərdə olub.

Qol.az xəbər verir ki, nazir səfərlə eyni vaxtda təşkil olunan Konfrans Liqasının "Aşdod" (İsrail) - "Qarabağ" (Azərbaycan) oyununu izləyib. O, Aşdod şəhərinə gedərək matça stadiondan canlı baxıb. Nazirlə yanaşı oyunu izləyənlər arasında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov, İctimai Televiziyanın Baş direktoru Balakişi Qasımov da olub.

Onlar "Qarabağ”ı qələbə qazanaraq Konfrans Liqasında üçüncü mərhələyə keçmələri münasibəti ilə təbrik ediblər.

Qeyd edək ki, səfərini başa vuran M.Cabbarov, O.Məmmədov və B.Qasımov "Qarabağ”la eyni təyyarədə Bakıya qayıdıblar.



Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın