29-07-2021, 13:02
Ermənistan parlamentində “təmizləmə” aparılır

Ermənistan parlamentində “təmizləmə” aparılır


Ermənistan parlamentinin sədri Ararat Mirzoyan öz müşavirlərini istefaya göndərib.

“Qafqazinfo” xəbər verir ki, Mirzoyanın bu barədə imzaladığı sərəncam parlamentin rəsmi saytında paylaşılıb.

Sərəncama əsasən, Vaan Kostanyan və Suzan Avestisyan tutduqları vəzifədən azad ediliblər.

Ararat Mirzoyanın digər bir sərəncamı ilə Ermənistan parlamentinin Aparat rəhbəri Arnak Avetisyan və onun müavini Samvel Meliksetyan da istefaya göndərilib.

Bununla yanaşı, ölkə parlamentinin Aparat rəhbərinin müavini Anna Qriqoryan müvəqqəti olaraq Aparat rəhbərinin səlahiyyətlərini icra edəcək.

Həmçinin Ermənistan parlamentinin Aparatının Protokol şöbəsinin sədri Artak Ohanesyan və parlament sədrinin köməkçisi Aşxen Abramyan da vəzifələrindən azad edilib.
Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın