22-07-2021, 13:57
Vilayət Eyvazov onu Yasamala rəis müavini təyin etdi

Vilayət Eyvazov onu Yasamala rəis müavini təyin etdi


Yasamal Rayon Polis İdarəsində (RPİ) yeni təyinat olub.

Unikal.org verdiyi məlumata görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Fariz İsmayılov Yasamal RPİ-nin xidmət üzrə rəis müavini vəzifəsinə təyin olunub.

Qeyd edək ki, o, bu təyinatadək Əlahiddə Çevik Polis Alayının Qərargah rəisinin döyüş təlimi üzrə müavini vəzifəsində çalışıb.
Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın