14-06-2021, 11:30
Hulusi Akardan Liviya ilə bağlı vacib AÇIQLAMA

Hulusi Akardan Liviya ilə bağlı vacib AÇIQLAMA


“Türkiyə Liviyanın birliyi, bütövlüyü və təhlükəsizliyi üçün edilməsi gərəkənləri bundan sonra da etməyə davam edəcək”.

Bu sözləri Türkiyənin müdafiə naziri Hulusi Akar deyib.

Nazir Türkiyənin bundan sonra da Liviyada qalmağa davam edəcəyi mesajını verib.

Nazir BMT tərəfindən tanınan qanuni hökumətin dəvəti və ikitərəfli razılaşmalarçərçivəsində Liviyaya gəldiklərini xatırladıb:

“Buradakı missiyamız çox vacibdir. Bu günə qədər bu fəaliyyətləri uğurla icra etdiniz, bundan sonra da eyni şəkildə davam edəcəksiniz. Liviyalılar üçün Türkiyə bir vətəndir, türkiyəlilər üçün də Liviya.

Dolayı yolla, Liviya ilə Türkiyə arasındakı qardaşlıq münasibətləri bundan sonra da artan templə davam edəcək”.
Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın