14-06-2021, 11:19
Sabah qeyri-iş günüdür, avtobuslar işləyəcək? - AÇIQLAMA

Sabah qeyri-iş günüdür, avtobuslar işləyəcək? - AÇIQLAMA


Nazirlər Kabinetinin Qərarına əsasən 15 iyun Azərbaycan xalqının milli qurtuluş günü münasibətilə qeyri-iş günüdür.

Bayram günündə avtobusların işləyib-işləməyəcəyi isə sual doğurur.

Futbol üzrə Avropa çempionatının final mərhələsi ilə bağlı Azərbaycana gələn turistlərin rahat hərəkətinin təmin edilməsi vacib məqamlardan biridir. Əldə etdiyimiz məlumata görə, elə bu səbəbdən sabah ictimai nəqliyyatın işləyəcəyi gözlənilir.

Nazirlər Kabinetinin mətbuat xidmətindən "Ölkə.az"ın sorğusuna cavab olaraq bildirildi ki, bununla bağlı məlumat Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən verilməlidir.

BNA-dan isə "Ölkə.az"a verilən açıqlamada ictimai nəqliyyatın işləməyəcəyi bildirilmədi, lakin bu barədə ictimaiyyətə dəqiq məlumat veriləcəyi söylənildi.

Qeyd edək ki, bundan öncə Bakı Metropoliteni ay ərzində bütün günlərdə çalışacağını elan etmişdi.
Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın