11-05-2021, 10:56
Goranboy rayonunda Vətən müharibəsi Şəhidinin doğum günü onun ailəsi üçün yeni inşa edilmiş evdə qeyd edildi

Goranboy rayonunda Vətən müharibəsi Şəhidinin doğum günü onun ailəsi üçün yeni inşa edilmiş evdə qeyd edildi


Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Respublika Sahibkarlar Konfederasiyasının Goranboy nümayəndəliyi və rayonun ictimai fəalları Vətən müharibəsi Şəhidimiz Nicat Nəriman oğu Nəsibovun doğum günündə, ailəsi ilə birgə məzarını ziyarət etdilər.

Prezident cənab İlham Əliyevin ölkədə sahibkarlığın inkişafına göstərdiyi diqqət və qayğıdan, dövlət tərəfindən sahibkarlar üçün yaradılmış əlverişli şəraitdən səmərəli istifadə edərək bu şəffaf və faydalı mühitdən ruhlanan sahibkarlarımız xeyriyyəçilik dəyərlərinə əsaslanaraq, Şəhidimizin ailəsi üçün Borsunlu kəndində yeni yaşayış evi inşa etdirmişlər.
Şəhidimizin məzarı ziyarət edildikdən sonra, inşa edilmiş yeni yaşayış evində doğum günü qeyd edildi, əziz xatirəsi anıldı.


Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın