4-05-2021, 16:12
Azərbaycan Dövlət Aqrar Universitetində online dərslər davam edir




Bu dərslərə Türkiyə, Rusiya, Almaniya, Sloveniya, Polşa, Rumıniya, Bolqarıstan və s. ölkələrin alimləri də cəlb olunmuşdur. Bu günkü qonaq mühazirəçimiz Amerika Birləşmiş Ştatlarının İllinoyus Universitetinin doktor, professoru Məhəmməd Babadoostdur. Hörmətli professor “Bitki xəstəliklərinin idarə edilməsi” mövzusunda mühazirə söyləyir. Mühazirədə bitki mühafizəsi, aqronomluq, torpaqşünaslıq və aqrokimya ixtisasları üzrə tələbələr, magistrantlar, doktorantlar, müəllimlər iştirak edirlər. Mühazirə bu dəqiqələrdə də davam edir.




Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın