4-05-2021, 15:32
Ürək-damar xəstələri peyvənd vurdura bilərmi? - Baş kardioloq açıqladı

Ürək-damar xəstələri peyvənd vurdura bilərmi? - Baş kardioloq açıqladı


"Koronavirusa qarşı peyvənd mütləq şəkildə edilməlidir".
Bunu Səhiyyə Nazirliyinin baş kardioloqu Yusif Nağıyev COVID-19-un ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkənlərə təsiri barədə danışarkən deyib. O bildirib ki, COVID-19 ürək-damar xəstəlikləri, xroniki tənəffüs yolları xəstəlikləri, endokrin xəstəlikləri olan insanlar arasında, eləcə də yaşlı insanlar arasında ölüm hallarını artıran bir xəstəlikdir:

"Ürək-damar sistemi xəstəlikləri də daxil olmaqla xroniki xəstəliklərin olması, koronavirusa qarşı peyvənd üçün əks göstəriş deyil. Gənclər ilk növbədə yaşlı insanları qorumaq üçün peyvənd olunmalıdır. İnfeksiyanın daha çox yayılaraq risk qrupuna aid olan insanlara təhlükə yaratmaması üçün bu vacibdir".
Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın