17-04-2021, 11:13
Ziya Bünyadov prospektində zəncirvari qəza olub, tıxac yaranıb - VİDEO

Ziya Bünyadov prospektində zəncirvari qəza olub, tıxac yaranıb - VİDEO


Bakıda üç avtomobil toqquşub.

"Report" xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

Qəza zamanı "Mercedes", "Lada" və "Opel" markalı avtomobillər toqquşub. Toqquşma zamanı xəsarət alan olmasa da, hər üç avtomobilə ciddi ziyan dəyib.

Hadisə yerinə DYP əməkdaşları gəlib və fakt araşdırılır.

Qəza nəticəsində həmin ərazidə tıxac yaranıb.


Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın