28-12-2021, 11:05
Görəsən bəzi sayt rəhbərləri tələbələrin sevimlisi İbrahim Cəfərovdan nə istəyir!?

Görəsən bəzi sayt rəhbərləri tələbələrin sevimlisi İbrahim Cəfərovdan nə istəyir!?




ADAU-nun rektoru İbrahim Cəfərov - Bu, bir həqiqətdir ki, ölkəmizdə siyasi sabitlik və innovativ inkişafın, davamlı iqtisadi yüksəlişin, nizami və güclü ordu quruculuğu prosesinin, demokratik islahatların, müasirləşmənin, uğurlu xarici siyasətin və pozulmuş ərazi bütövlüyümüzün bərpası naminə fədakar mübarizənin təşəbbüskarı və təminatçısı Prezident İlham Əliyevdir. Azərbaycanı son 18 il ərzində məhz Prezident İlham Əliyevin məqsədyönlü, sistemli, düşünülmüş və müdrik siyasəti sayəsində sabitlik və təhlükəsizlik adasına çevrilmişdir. Xalq öz prezidentinə inanır və onu dəstəkləyir. Prezident də ayrı-ayrı beynəlxalq siyasi dairələrin və dövlətlərin diqtəsi ilə deyil, məhz Azərbaycan xalqının milli mənafeyindən irəli gələn bir müstəqil siyasət həyata keçirir. İqtisadi müstəqilliyimiz siyasi müstəqilliyimizi şərtləndirir. Azərbaycanı milli dövlətçilik maraqlarımıza uyğun gəlməyən heç bir beynəlxalq kampaniya və macəralara cəlb etmək mümkün deyildir. Vətəndaş rifahının təminatı, əhalinin sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin siyasətinin ana xəttini təşkil edir. Dövlət başçısının yeni Fərman və Sərəncamları bu sahədə xüsusilə son illərdə ardıcıl, geniş miqyas alan sosial islahatların növbəti mərhələsinə başlanmasına imkan yaradıb.

Eyni zamanda xüsusi həssas kateqoriyadan olan insanlar: şəhid ailələri, müharibə veteranları və müharibə əlilləri, məcburi köçkün və qaçqınlar dövlət başçısının böyük qayğısı ilə əhatə olunmuşlar.

Beləliklə, Prezident İlham Əliyevin 18 il ərzində davamlı olaraq həyata keçirdiyi islahatlar kursu son bir il ərzində yeni mərhələyə daxil olmaqla ölkəmizdə ictimai-siyasi və sosial-iqtisadi sabitliyi daha da möhkəmləndirmiş, səfərbər olunmuş cəmiyyət formalaşdırmış, vətəndaş həmrəyliyini şərtləndirmiş, ən əsası isə xalq-hakimiyyət birliyini monolit qüvvəyə çevirmişdir.

Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın