23-11-2020, 09:30
Bayden Pompeonu onunla əvəzləyəcək

Bayden Pompeonu onunla əvəzləyəcək


ABŞ Prezident seçkilərində qalib olan Co Baydenin Dövlət katibi Mayk Pompeonun yerinə təyin edəcəyi şəxsin kimliyi müəyyənləşib.

Baydenin sözügedən posta Entoni Blinkeni gətirəcəyi bildirilir.

Bu barədə Qərb KİV orqanları məlumat yayıb. Bildirilib ki, ətrafını yeniləməyə başlayan yeni Prezident özünə xarici siyasətdə köməklik göstərən Entonini daim yanında görmək istəyir.

Qeyd edək ki, 58 yaşlı Blinken Barak Obamanın prezidentliyi dövründə Amerika dövlət katibinin müavini (2015-2017-ci illər), beynəlxalq təhlükəsizlik xidmətinin köməkçisi vəzifəsində çalışıb.
Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın