15-10-2020, 09:46
Prezidentin köməkçisi: Azərbaycan-Türkiyə media platforması vacib təşəbbüsdür”

Prezidentin köməkçisi: Azərbaycan-Türkiyə media platforması vacib təşəbbüsdür”


Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fahrettin Altun arasında telefon danışığı olub.
Bu barədə Hikmət Hacıyev "Twitter"dəki hesabında yazıb.

“Bu gün əziz dostum Fahrettin Altun mənə zəng etdi. Ölkələrimizə qarşı qara təbliğata - dezinformasiyaya qarşı birgə fəaliyyətimizi yenidən nəzərdən keçirdik. Azərbaycan-Türkiyə media platforması səylərimizi birləşdirmək üçün vacib bir təşəbbüsdür”, - deyə Hikmət Hacıyev yazıb.
Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın