Bakıda əks yolda piyadanı vuran 16 yaşlı sürücü kimdir? - Video
hadise
8-09-2020, 09:29
Paytaxtın Həsən Əliyev küçəsində 90 UD 900 dövlət nömrə nişanlı, “Porsche” markalı avtomobillə əks istiqamətdə hərəkət edərək piyada keçidində piyadanı vuran sürücünün görüntüsü yayılıb.
Avtosfer.az məlumatına görə, avtomobili sürən şəxs 16 yaşlı Firuz Salmanov olub. Sürücü sosial şəbəkələrdə müxtəlif vaxtlarda “Niva” markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri edərək videolar paylaşıb. Eyni zamanda çoxsaylı qayda pozuntuları edib.