11-03-2020, 08:46
Bakıda iki avtomobil toqquşub — Xəsarət alan var - FOTO

Bakıda iki avtomobil toqquşub — Xəsarət alan var - FOTO


Nəsimi rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Baku.tv xəbər verir ki, qəza Səməd Vurğun və Ənvər Qasımzadə küçələrinin kəsişməsində qeydə alınıb. 

İlkin məlumata görə, S.Vurğun küçəsilə hərəkətdə olan və taksi fəaliyyəti ilə məşğul olan Anar Ağazadə idarə etdiyi “Opel” markalı nəqliytat vasitəsi sola dönmə əməliyyatı etmək istəyib.  

Bu zaman sürücü küçə ilə yüksək sürətlə hərəkətdə olan Vahid Tahirzadənin idarə etdiyi və taksi fəaliyyəti göstərən “Chevrolet” markalı nəqliyyat vasitəsini gözləməyib. Nəticədə hər iki avtomobil toqquşub.  

Qəza zamanı “Chevrolet” markalı avtomobilin sürücüsü və nəqliyyat vasitəsindəki xanım sərnişin xəsarət alıb. Əraziyə Nəsimi Rayon DYP əməkdaşları cəlb olunub, avtotexniki ekspertiza təyin edilib.  

Yolda sıxlıq yarandığından polis əməkdaşları tənzimləmə işləri aparıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.  
Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın