19-02-2020, 08:41
Bakıda iki nəfəri bıçaqlayan 17 yaşlı yeniyetmənin işi üzrə istintaq başa çatdı

Bakıda iki nəfəri bıçaqlayan 17 yaşlı yeniyetmənin işi üzrə istintaq başa çatdı


Paytaxtın Sabunçu rayonunda iki nəfəri bıçaqlmaqda təqsirli bilinən Məmmədov Qulu Ramik oğlunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Azər Paşayevin icraatına verilib.

İş üzrə məhkəmə hazırlıq iclası fevralın 24-nə təyin olunub.

Qeyd edək ki, hadisə paytaxtın Sabunçu rayonu ərazisində baş verib.

Sabunçu rayonu, Sabunçu qəsəbə sakini, 2002-ci il təvəllüdlü Məmmədov Qulu Ramik oğlu qəsəbə ərazisində aralarında yaranmış mübahisə zamanı 1989-cu il təvəllüdlü Osmanov Pərvin Xanlar oğlunu ürəyindən bıçaqlayıb.

Q.Məmmədov, həmçinin qəsəbə sakini, 1995-ci il təvəllüdlü Abbaslı Nihat Ehtiram oğluna qarın boşluğundan bıçaqla xəsarət yetirib.

Hər iki yaralı xəstəxanaya yerləşdirilib.

Qulu Məmmədova qarşı Cinayət Məcəlləsinin 126.2.1-ci (iki və daha artıq şəxsin qəsdən sağlamlığına ağır zərər vurma) maddəsilə ittiham verilib.
Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın