18-12-2019, 07:41
Zelenskinin Azərbaycana səfəri başa çatdı — FOTO

Zelenskinin Azərbaycana səfəri başa çatdı — FOTO

Ukrayna Prezidenti Vladimir Zelenskinin Azərbaycan Respublikasına rəsmi səfəri dekabrın 17-də başa çatıb.
Azərtac xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Ukrayna Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Ukrayna Prezidenti Vladimir Zelenskini və xanımı Yelena Zelenskayanı hava limanında Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini Yaqub Eyyubov, Xarici İşlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola saldılar.

Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın