13-11-2019, 08:46
İsrail Qəzzaya hava zərbələri endirdi — Ölənlər var

İsrail Qəzzaya hava zərbələri endirdi — Ölənlər var

İsrail ordusunun Qəzza sekoruna endirdiyi hava zərbələri nəticəsində 10 nəfər həlak olub.
Report xəbər verir ki, bu barədə yerli Səhiyyə Nazirliyinin mətbuat katibi Vafaa Yaqi RİA "Novosti" agentliyinə bildirib.

Daha əvvəl hava zərbələri nəticəsində 7 nəfərin öldüyü bildirilirdi.
Səhiyyə Nazirliyinin rəsmisi qeyd edib ki, hava zərbələri nəticəsində daha 45 nəfər yaralanıb.

Bundan əvvəl isə İsrail öz ərazisinin Qəzzadan atəşə tutulduğunu xəbər verib. Bildirilib ki, Fələstin anklavından bu ölkəyə demək olar 200 raket atılıb.
Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın