6-11-2019, 10:47
Bakıda yüksək sürətlə avtomobil idarə edən sürücü qəza törədib, xəsarət alan var – FOTO

Bakıda yüksək sürətlə avtomobil idarə edən sürücü qəza törədib, xəsarət alan var – FOTO

Bakının Nəsimi rayonunda yol-nəqliyyatı hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

APA-nın məlumatına görə, qəza 4 mikrorayon, Hüseyn Seyidzadə küçəsində baş verib.

Tofiq Əliyev idarə etdiyi “Fiat Doblo” markalı nəqliyyat vasitəsilə müəyyən edilmiş hissədən əsas yola çıxmaq istəyərkən bu zaman əks istiqamətdən yüksək sürətlə gələn “Opel” markalı avtomobil ona çırpılıb.

Zərbənin gücündən “Fiat Doblo” aşaraq kənarda hərəkətsiz vəziyyətdə dayanan “KİA” markalı avtomobilin üzərinə düşüb.

Qəza zamanı “Fiat”-ın sürücüsü T.Əliyev xəsarət alıb.

Hadisə yerində Nəsimi Rayon Polis İdarəsinin təhqiqatçısı tərəfindən araşdırma aparılır.


Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın