26-07-2019, 09:24
Bakıda gənc oğlanı döyüb, telefonunu əlindən alıblar

Bakıda gənc oğlanı döyüb, telefonunu əlindən alıblar

Bakının Nəsimi rayonunda quldurluq hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə N.Şahbazov küçəsində qeydə alınıb.

Belə ki, iki nəfər şəxsiyyəti məlum olmayan şəxs 1991-ci il təvəllüdlü Fərəcov Bayram Saleh oğlunu döyüb. Daha sonra onun mobil telefonu və cibində olan 50 manatını götürərək qaçıblar.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdrıma aparılır
Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın