6-02-2019, 12:45
Ərdoğan Avropa İttifaqını ittiham edib

Ərdoğan Avropa İttifaqını ittiham edib














Avropa İttifaqı Türkiyə ilə qaçqınların readmissiya üzrə miqrasiya razılaşmasına əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir.

Trend-in məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanın baş naziri Aleksis Tsipras ilə birgə mətbaut konfransında bildirib.

T.Ərdoğan deyib: “Biz Egey dənizində qaçqınlarla bağlı yeni faciənin qarşısını almaq üçün böyük səylər göstəririk. Türkiyə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə davam edir. Lakin biz görürük ki, Aİ readmissiya mexanizminə riayət etmir”.

Prezident əlavə edib ki, Türkiyə ərazisində 4 milyon qaçqın var və onların qəbul edilməsinə ölkə 35 milyard dollara yaxın pul sərf edib.
Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın