22-01-2019, 13:16
Ərdoğandan Suriya ilə bağlı bəyanat

Ərdoğandan Suriya ilə bağlı bəyanat















Suriyadakı əməliyyata hazırlıq başa çatıb.

Oxu.Az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

O bildirib ki, Türkiyəyə qarşı yönələn istənilən addımlara qətiyyətli cavab veriləcək.

“Heç kim Türkiyə əleyhinə planları reallaşdırmağa çalışmasın. ABŞ, Rusiya və digər qüvvələrlə dialoqda konsensusa səmimi şəkildə can atırıq, lakin bu o demək deyil ki, regionda baş verənləri sakit oturub izləyəcəyik”, – deyə o vurğulayıb.
Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın