18-12-2018, 12:41
Mübariz İbrahimovu təhqir edən “psixoloq”un məhkəməsinin vaxtı bilindi

Mübariz İbrahimovu təhqir edən “psixoloq”un məhkəməsinin vaxtı bilindi















Bir neçə gündür Mübariz İbrahimovu təhqir etməsi ilə gündəmə gələn “psixoloq” Nərmin Şahmarzadə barəsində şikayət icraata verilib.

Open.az xəbər verir ki, Nərmin Şahmarzadə Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə mühakimə olunacaq.

Artıq iddia Xətai rayon Məhkəməsinin icraatına götürülüb. İşə məhkəmənin hakimi İbrahim İbrahimli sədrliyi ilə baxılacaq.

Məhkəmənin hazırlıq iclası dekabrın 25-ə təyin edilib.

Qeyd edək ki, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovu təhqir edən N. Şahmarzadə bir neçə şəxs tərəfindən məhkəməyə verilib.

Fövqaladə Hallar Nazirliyinin mayoru, 9 qat dünya, 3 qat avropa çempionu, Muay-tay və Tayboksinq Federasiyalarının vitse-prezidenti, əməkdar və beynəlxalq dərəcəli idman ustası Araz Musayev də həmin şikayət edənlər arasındadır.

O, Xətai Rayon Məhkəməsinə ərizə ilə müraciət edib.

Onun müraciəti əsasında iddia ərizəsi Xətai rayon Məhkəməsində icraata götürülüb.
Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın