2-03-2018, 13:33
Abşeronda evə silahlı basqın — Ana və qızı ağır yaralandı

Abşeronda evə silahlı basqın — Ana və qızı ağır yaralandı














Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yaşayış evlərindən birinə naməlum şəxs tərəfindən silahlı basqın olub.
AZTB.info-nun "Report"a istinadən məlumatına görə, hadisə Gündüz Abdullayev küçəsi, ev 5A ünvanında qeydə alınıb.

Həmin vaxt mənzildə olan 1988-ci il təvəllüdlü Vüsalə Qəribbala qızı Həşimova və onun 2013-cü il təvəddüdlü qızı Zəhra Elman qızı Həşimova naməlum şəxsin hücumuna məruz qalıb. Maskalı şəxs evə girərək bıçaqla qadına və qıza müxtəlif dərəcəli xəsarətlər yetirib. Yaralılar qışqırığa gələn qonşuların köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Hadisənin kim tərəfindən törədildiyi hələ ki, məlum deyil. İlkin ehtimala görə, basqın oğurluq məqsədi ilə törədilib.

Faktla bağlı araşdırma aparılır.

Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın