24-01-2018, 15:32
Nizami rayonunda 5000 manat pul oğurlandı — POLİS axtarışdadır

Nizami rayonunda 5000 manat pul oğurlandı — POLİS axtarışdadır















Hadisə rayonun Əliağa Kürçaylı küçəsi 24-də qeydə alınıb.
“Ölkə.Az”-ın əldə etdiyi məlumata görə, həmin mənzilin sahibi Kəmalə Abdullayeva 25-ci polis bölməsinə rəsmi ərizə ilə müraciət edərək edərək evindən 5000 min manat pulun oğurlandığını bildirib. Zərərçəkənin sözlərinə görə, oğrular mənzilə eyvanın dəmir barmaqlıqlarını sındırmaq yolu ilə daxil olublar.

Faktla bağlı Nizami RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb. Hazırda bölmə əməkdaşları mənzildən oğurluq edən şəxsləri axtarır.

Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın