Patriot.Az
AKP-nin “Nene Hatun”u necə batdı - 5 ayda 2 milyardlıq qazanc və arxa qapıdan çıxış
Türkiyədə hakim partiyanın siyasi komandasının tanınmış simalarından biri olan Fatma Betül Sayan Kayanın uzun illər ərzində qurduğu siyasi karyera gözlənilməz şəkildə sona çatıb. AKP sədrinin müavini vəzifəsini tutan Kaya özü və həyat yoldaşı İlyas Kayanın adı böyük maliyyə qalmaqalı ilə bağlı hallandıqdan sonra vəzifəsindən istefa verib. Sentyabrın 26-da Kaya “əfv istədiyini" açıqlayıb, sentyabrın 27-də isə AKP sözçüsü Ömer Çelik prezident Ərdoğanın onun istefa tələbini qəbul etdiyini bildirib. Beləliklə, 28 sentyabr 2026-cı il etibarilə Fatma Betül Sayan Kaya artıq AKP sədrinin müavini, MYK və MKYK üzvü deyil.
Hadisənin arxasında isə adi siyasi mübahisə dayanmır. Müxalif Yeni Parti-nin sözçüsü Zeynel Emrenin açıqladığı məlumatlara görə, Fatma Betül Sayan Kaya və həyat yoldaşı İlyas Kaya “Özata Denizcilik” şirkətinin səhmlərinə ümumilikdə 163 milyon 46 min lirə sərmayə qoyub, həmin səhmləri sonradan təxminən 2 milyard 170 milyon lirəyə satıblar. İddialara əsasən, Kayanın 63 milyon 359 min lirəlik sərmayəsi təxminən 1 milyard 344 milyon lirəyə, həyat yoldaşının 99 milyon 687 min lirəlik yatırımı isə 826 milyon lirəyə yüksəlib.
Bu rəqəmlər hazırda siyasi açıqlamalara və mediada yayılan məlumatlara əsaslanır və hüquqi baxımdan yekunlaşdırılmış nəticə deyil. Lakin məbləğin böyüklüyü, əməliyyatların vaxtı və sözügedən şəxslərin siyasi mövqeyi qalmaqalı Türkiyə gündəminin əsas mövzularından birinə çevirib.
Məsələnin diqqətçəkən tərəfi yalnız beş aya yaxın müddətdə 163 milyon lirənin 2 milyard lirəni aşan məbləğə çevrilməsi deyil. Kayanın siyasi karyerasına nəzər saldıqda onun hakimiyyət daxilində necə sürətlə yüksəldiyi, ailə üzvlərinin də dövlət strukturlarında yüksək vəzifələrə qədər gəldiyi görünür.
Fatma Betül Sayan Kayanın siyasətdən əvvəlki həyatında ilk mühüm dayanacaqlardan biri İstanbul Böyükşəhər Bələdiyyəsi olub. Burada bir məqam xüsusilə diqqət çəkir: 2008-ci ildə İstanbul Böyükşəhər Bələdiyyəsi AKP-nin idarəsində idi və bələdiyyəyə Kadir Topbaş rəhbərlik edirdi. Kaya həmin il İBB-nin iştirak etdiyi İSBAK A.Ş.-də mühəndis kimi işə başlayıb. Məlumatlara görə, o, 14 noyabr 2008-ci ildə şirkətdə işə qəbul edilib. Cəmi iki ay sonra isə ABŞ-a təhsil almağa göndərilib. Bu təhsilin maliyyələşdirilməsi ilə bağlı rəqəmlər də həmin günlərdə gündəm olmuşdu. Kayanın ABŞ-da təhsil alması üçün İSBAK tərəfindən 85 min 791 ABŞ dolları və əlavə olaraq 20 min 289 lirə ödənilib. Kayanın ABŞ-da Nyu-Yorkdakı Polytechnic Universitetində təhsil aldığı bildirilir. Təhsilini başa vurduqdan sonra Türkiyəyə qayıdan Kaya siyasi fəaliyyətə başlayıb və bundan sonra onun karyerası sürətlə yüksəlib.
2009-cu ildən AKP İstanbul təşkilatında fəaliyyət göstərən Kaya qısa müddət ərzində Ərdoğanın siyasi komandasına daxil olub. Daha sonra AKP-nin İstanbul təşkilatında və partiyanın mərkəzi strukturlarında müxtəlif vəzifələr tutub. 2015-ci ildə İstanbuldan millət vəkili seçilib, AKP-nin MKYK-sında yer alıb. Bir il sonra isə cəmi 35 yaşında ailə və sosial siyasətlər naziri təyin edilib.
Beləliklə, onun siyasi karyerası bir neçə il ərzində İBB-nin AKP tərəfindən idarə olunduğu dövrdə İSBAK-da mühəndislikdən ABŞ-da təhsilə, oradan Ərdoğanın siyasi komandasına, deputatlığa və nazirliyə qədər uzanıb. Kayanın adı 2017-ci ildə Türkiyə-Niderland münasibətlərində yaranan böhran zamanı daha geniş şəkildə tanınıb. Konstitusiya referendumu kampaniyası çərçivəsində Niderlandda AKP tərəfdarları ilə görüş keçirmək istəyən Kaya Rotterdamda polis tərəfindən saxlanılıb və daha sonra ölkədən çıxarılaraq Almaniyaya göndərilib. Hadisə Ankara ilə Amsterdam arasında ciddi diplomatik böhrana səbəb olub.
Lakin bu hadisə Kayanın siyasi karyerasını zəiflətməyib. Əksinə, o, Ərdoğana yaxınlığı ilə tanınan siyasi fiqur kimi fəaliyyətini davam etdirib. Həmin dövrdə ona “Nene Hatun” ləqəbinin verilməsi də siyasi obrazının bir hissəsinə çevrilib. İllər keçdikcə Sayan ailəsinin digər üzvlərinin karyerası da diqqət çəkib. Kayanın qardaşı Ömer Fatih Sayan Türkiyənin texnologiya və telekommunikasiya sahəsində yüksək dövlət vəzifələrində çalışıb. O, Bilgi Teknolojileri ve İletişim Kurumu – BTK-da rəhbər vəzifə tutub, daha sonra Ulaştırma və Altyapı Nazirinin müavini olub. 2026-cı ilin iyulunda isə EPDK – Enerji Piyasası Düzenleme Kurumu üzvü təyin edilib.
Kayanın bacısı Ayşe Hilal Sayan Koytak da dövlət sistemində yüksək vəzifələrə qədər yüksəlib. O, Ailə və Sosial Siyasətlər Nazirliyində rəhbər müavini işləyib, daha sonra Türkiyənin Küveytdə və Bəhreyndə səfiri olub. 2026-cı ilin sentyabrında Koytakın Finlandiyaya səfir təyin edildiyi bildirilib. Ailənin digər üzvü Nazmiye Sümeyye Sayan isə İstanbul Böyükşəhər Bələdiyyəsi Məclisinin üzvü kimi fəaliyyət göstərib.
Beləliklə, eyni ailənin üzvlərinin Türkiyənin siyasi, bürokratik, diplomatik və yerli idarəetmə strukturlarında müxtəlif yüksək vəzifələrdə çalışması ölkə mediasında və siyasi müzakirələrdə dəfələrlə gündəmə gəlib. İndi isə ailənin ən çox müzakirə olunan adı yenidən Fatma Betül Sayan Kayadır. Bu dəfə isə səbəb onun siyasi fəaliyyəti deyil, həyat yoldaşı ilə birlikdə apardığı iddia olunan birja əməliyyatlarıdır.
Yeni Parti sözçüsü Zeynel Emrenin açıqlamasına görə, Kaya 8 aprel 2026-cı ildə “Özata Denizcilik” səhmlərindən 250 min ədəd alıb. Bunun üçün təxminən 63 milyon 359 min lirə sərmayə qoyduğu və səhmləri sonradan təxminən 1 milyard 344 milyon lirəyə satdığı iddia olunur. İlyas Kayanın isə 155 min səhm üçün 99 milyon 687 min lirə yatırdığı və satışdan 826 milyon lirə əldə etdiyi bildirilir. Beləliklə, söhbət ümumilikdə 163 milyon 46 min lirəlik sərmayədən və 2 milyard 170 milyon lirəlik satış məbləğindən gedir. Rəqəmlər arasındakı fərq təxminən 2 milyard 7 milyon lirədir.
Məhz burada ən ciddi suallar ortaya çıxır. İlkin 163 milyon 46 min lirə haradan gəlib? Səhmlər niyə məhz həmin vaxt alınıb? Şirkətin səhmlərinin kəskin bahalaşacağı barədə əvvəlcədən hər hansı məlumat olubmu? Əməliyyatların vaxtı ilə sonradan ortaya çıxan maliyyə qalmaqalı arasında əlaqə varmı?
Hazırda bu sualların heç birinə yekun hüquqi cavab verilməyib. Ona görə də səsləndirilən iddiaları təsdiqlənmiş fakt kimi təqdim etmək olmaz. Bununla belə, məhz bu sualların yaranması Kayanın siyasi vəzifəsindən istefa verməsi ilə nəticələnib.
Sentyabrın 26-da Kaya istefasını açıqlayaraq prosesin araşdırılmasına şərait yaratmaq istədiyini bildirib. Sentyabrın 27-də isə AKP sözçüsü Ömer Çelik Ərdoğanın onun istefa tələbini qəbul etdiyini açıqlayıb. Beləliklə, 28 sentyabr 2026-cı il etibarilə Fatma Betül Sayan Kaya artıq Ərdoğanın partiya sədrinin müavini deyil. Onun AKP-nin MYK və MKYK-dakı vəzifələri də başa çatıb.
Bir vaxtlar İBB-nin AKP tərəfindən idarə olunduğu dövrdə İSBAK-da mühəndis kimi işə başlayan, ABŞ-da 85 min 791 dollar və 20 min 289 lirə vəsait hesabına təhsil alan, daha sonra Ərdoğanın siyasi komandasına daxil olaraq deputat, nazir və nəhayət AKP sədrinin müavini vəzifəsinə qədər yüksələn Kaya üçün siyasi karyerasının bu mərhələsi istefa ilə başa çatıb. Amma istefa ilə əsas suallar yox olmayıb... Çünki bu qalmaqalın mərkəzində iki rəqəm dayanır: 163 milyon 46 min lirə və 2 milyard 170 milyon lirə...
Ət yenə bahalaşacaq? – Yeni qiymət proqnozu
Azərbaycanda ətin qiymətinin bahalaşması alıcıları narahat etməklə yanaşı həm də sosial şəbəkələrdə qızğın müzakirələrə səbəb olub. Belə iddia olunur ki, yaxın gələcəkdə Türkiyədəki kimi 40-50 manata olacaq.
Türkiyədəki qiymət səviyyəsinin Azərbaycanda təkrarlanması real riskdir, yoxsa sosial şəbəkə şişirtməsidir?
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc Bizim.Media-ya açıqlayıb ki, Türkiyə istehlak tələbi ilə Azərbaycandakı tələb eyni deyil. Əhali arasında say baxımından xeyli fərq var.
Hazırda ətin qiyməti Türkiyə ilə müqayisədə çox aşağıdır. Ətin qiymətinin 35-40 manata qalxması yalnız 3-4 ilə ehtimal oluna bilər. Bu, inflayisya ilə bağlı olan məsələdir. İndiki halda isə bu, mümkün deyil.
V.Oruc diqqətə çatdırdı ki, ətin qiymətinin formalaşması üçün onun istehsalının maya dəyəri – yem, saxlama xərcləri və s. qiymət artımına məruz qalır və buna görə də bazarda qiymət dəyişməli olur.
“Dövlət Statistika Komitəsi sentyabr ayı üçün 2 faiz artıq qeyd edib. Bu artım tendensiyası gələcək aylarda da baş verəcək. Bu, yerli bazarın ətə olan tələbini ödəməməsi ilə daha çox əlaqədardır. Bunu da diqqətə alaq ki, Azərbaycanda ətin daha çox istifadə olunduğu və tələbatın böyük olduğu ölkələrdəndir. Bu artım müvəqqəti deyil, son 3 ili analiz etsək görərik ki, heç vaxt ətin qiymətində geriyə qayıdış olmayıb. Əksinə hər bayramda qiymət artıb, yerini möhkəmləndirib və yeni bahalaşmaya zəmin yaradıb”.
İlham Əliyev Məsud Pezeşkiana zəng etdi
Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkiana zəng edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, uzun ömür və fəaliyyətində uğurlar arzulayıb.
İran Prezidenti göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Telefon danışığı zamanı dövlət başçıları Bişkekdə keçirilmiş son görüşlərini və həmin görüşdə müzakirə olunan məsələləri məmnunluqla xatırlayıblar.
Gələn ay bu məhsullar BAHALAŞACAQ
Payız mövsümünün başlaması daxili ərzaq və kənd təsərrüfatı bazarında qiymət dinamikasına təsirsiz ötüşmür. Mövsümi amillər, xammal xərclərinin dəyişməsi və daxili təklif həcmi gələn ay bəzi məhsulların maya dəyərinə birbaşa təsir göstərir.
Bəs payızın gəlişi ərzaq bazarında qiymətlərə necə təsir edəcək və gələn ay hansı məhsullarda bahalaşma riski daha yüksəkdir?
Məsələ ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, mövsümün dəyişməsi ilə bütün məhsullar üzrə eyni vaxtda qiymət artımı gözləmək düzgün deyil. İqtisadçının sözlərinə görə, gələn ay üçün ən yüksək bahalaşma riski mövsümi tərəvəzlər və mal ətindədir:
"Pomidor, xiyar, bibər və badımcanın açıq sahə məhsulu bazardan çəkildikcə istixana məhsullarının payı artır və bu da maya dəyərini yüksəldir. İkinci əsas risk qrupu isə mal əti və müəyyən qədər qoyun ətidir. Mal ətində artıq bahalaşma başlayıb: sümüklü ətin 19, sümüksüz ətin isə 25 manata qədər yüksəldiyi müşahidə olunur. Fermerlər bunu ot və yem xərclərinin artması, heyvan sayının azalması və rentabelliyin düşməsi ilə əlaqələndirirlər".
A.Nəsirli quşçuluq və digər gündəlik tələbat mallarındakı vəziyyətə də toxunub:
"Toyuq ətində də risk var, lakin quşçuluqda istehsal dövrü maldarlıqdan qısa olduğu üçün təklifi sürətlə artırmaq mümkündür. Bütövlükdə taxıl və yem məhsullarının qiyməti mühüm risk faktorudur. Yem bahalaşdıqca bunun təsiri mərhələli şəkildə süd, yumurta və quş ətinə də keçir. Kartof və soğan kimi məhsullarda isə yaxın ayda kəskin bahalaşma üçün əsaslı siqnal yoxdur (hazırda qiymətlər 1 manat ətrafındadır)".
İran 3 noyabrdan sonra müharibənin yenidən alovlanacağını gözləyir
İran rəsmiləri ABŞ-da keçiriləcək ara seçkilərdən əvvəl Hörmüz boğazının açılması ilə bağlı Vaşinqtonla razılaşma əldə ediləcəyinə inanmırlar.
Məlumatı Bloomberg mənbələrə istinadən yayıb. Bildirilir ki, Tehranda 3 noyabrdan sonra münaqişənin gərginləşməsini istisna etmirlər:
"İran rəsmiləri Vaşinqtonla münaqişəyə son qoymaq və noyabr ayında ABŞ-da keçiriləcək ara seçkilərdən əvvəl Hörmüz boğazının yenidən açılması ilə bağlı şəxsi bədbinliklərini bildiriblər".
Bloomberg qeyd edir ki, Tehran və Vaşinqton ötən həftə BMT Baş Assambleyası çərçivəsində Nyu-Yorkda keçirilən dolayı danışıqlar zamanı cüzi irəliləyiş əldə ediblər.
İran rəsmiləri tərəfindən məlumatlandırılan mənbələr bildiriblər ki, Tehran 3 noyabr səsverməsindən sonra münaqişənin gərginləşməsi ehtimalının yüksək olduğuna inanır.
Daha əvvəl ABŞ prezidenti Donald Tramp jurnalistlərə bazar ertəsi günü Amerika tərəfinin vasitəçilər vasitəsilə iranlılarla danışıqlar apardığını təsdiqləmişdi. İranın xarici işlər naziri Abbas Əraqçi də İran danışıqçılarının Qətər vasitəçiləri ilə əlaqə saxladığını və Vaşinqtondan tezliklə irəli sürülən təkliflərə cavab almağa ümid etdiyini bildirib.
Əli Həsənovun qızı Dubayda brend mallar mağazası açdı - FOTOLAR
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənovun qızı Safiyə Mehbalı bu il Jumeirahdakı (Dubay) "First Avenue Mall" alış-veriş mərkəzində qızıl-zinət və bahalı aksessuarlar mağazasını açıb.
Ölkə.az-ın xəbərinə görə, bunu jurnalist Cavanşir Həsənli bildirib.
Onun sözlərinə görə, 1500 kv. metr sahəsi olan mağazada satışa təqdim olunan brend çantalar, bahalı saatlar və zinət əşylarının ümimi dəyəri 3 milyon dollardan artıq qiymətləndirilir.
Qeyd edək ki, Ə.Həsənov 1996-2019-cu illərdə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri vəzifəsində çalışıb.
Xatırladaq ki, Safiyə Mehbalı deputat Səttar Mehbalıyevin keçmiş gəlinidir.
FIFA prezidenti İlham Əliyevə üzərində soyadı yazılmış forma və top hədiyyə edib
Azərbaycanda səfərdə olan FIFA-nın prezidenti Canni İnfantino Prezident İlham Əliyevə üzərində dövlət başçısının soyadı yazılmış forma və top hədiyyə edib.
C.İnfantino hədiyyələri bu gün dövlət başçısının qəbulunda olarkən təqdim edib.
İlham Əliyev: U-15 və U-20 dünya çempionatına hazırlıq işləri yüksək səviyyədə aparılır
Azərbaycanda U-15 və U-20 dünya çempionatına hazırlıq işləri yüksək səviyyədə aparılır.
Bunu Prezident İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edərkən deyib.
Dövlət başçısı gələn ay ölkədə ilk dəfə 15 yaşadək oğlan futbolçular arasında təşkil olunacaq (FIFA U-15) dünya çempionatı və festivalına, həmçinin 2027-ci ildə keçiriləcək 20 yaşadək kişi futbolçular arasında dünya çempionatına (FIFA U-20 World Cup) hazırlıq işlərinin yüksək səviyyədə aparıldığını bildirib.
İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi - FOTO
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib.
Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişafı ilə bağlı görülən işlərə verdiyi dəstəyə görə Canni İnfantinoya təşəkkür etdi.
Dövlət başçısı gələn ay Azərbaycanda ilk dəfə 15 yaşadək oğlan futbolçular arasında təşkil olunacaq (FIFA U-15) dünya çempionatı və festivalına, həmçinin 2027-ci ildə keçiriləcək 20 yaşadək kişi futbolçular arasında dünya çempionatına (FIFA U-20 World Cup) hazırlıq işlərinin yüksək səviyyədə aparıldığını bildirdi. Azərbaycanın bu idman tədbirlərində iştirakının önəmini vurğulayan Prezident İlham Əliyev bütün bunların ümumilikdə regionda futbolun inkişafına töhfə verəcəyinə ümidvarlığını ifadə etdi.
Canni İnfantino qəbula görə dövlət başçısına minnətdarlığını bildirdi.
Qonaq ilk dəfə Azərbaycanda keçiriləcək 15 yaşadək oğlan futbolçular arasında dünya çempionatı və festivalının önəminə toxunaraq, dünyanın idman ictimaiyyətinin diqqətinin bu tədbirə yönələcəyini dedi.
Görüşdə Azərbaycanda futbolun inkişafı ilə bağlı görülən işlərdən söhbət açıldı, son dövrlərdə bu sahədə əldə edilən uğurlara toxunuldu.
Ölkəmizlə FIFA arasında uğurlu əməkdaşlığın qurulduğu vurğulanaraq, tərəfdaşlığın perspektivləri müzakirə olundu.
Söhbət zamanı Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) FIFA-nın fəaliyyətinə verdiyi dəstək məmnunluqla qeyd edildi.
Bakıda sərnişinin üzərindən 4 milyon manatlıq brilyant çıxdı
Şarja-Bakı aviareysi ilə Azərbaycana gələn Qazaxıstan vətəndaşının üzərindən gömrük nəzarətindən gizlədilən brilyant qaşlar aşkarlanıb.
Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bildirilib ki, sərnişin "Yaşıl Kanal" vasitəsilə gömrük nəzarəti zonasını tərk etmək istəyərkən davranışı gömrük əməkdaşlarında şübhə yaradıb.
Bundan sonra sərnişin "Qırmızı Kanal"a yönləndirilib və onun üzərində gömrük orqanına bəyan edilməyən ümumi çəkisi 2 502,524 karat olan brilyant qaşlar aşkar edilib.
Brilyantların ümumi dəyərinin 4 milyon manatdan artıq olduğu müəyyənləşdirilib.