Dambrauskas: Futbolçularımın meydanda nələr yaşadığını təsəvvür edə bilirdim

Bu gün, 09:43 · idman · vasif
Dambrauskas: Futbolçularımın meydanda nələr yaşadığını təsəvvür edə bilirdim


"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının əsas mərhələsində "Barselona"ya qarşı keçirdikləri matçda futbolçularının üzləşdiyi çətinlikləri anladığını bildirib.
Litvalı mütəxəssis bunu oyundan sonra keçirilən mətbuat konfransında deyib.

O, qarşılaşmaya yaxşı başladıqlarını və ilk hissədə rəqibə boş zonalar verməməyə çalışdıqlarını bildirib:

"Oyundan əvvəl də bildirmişdim ki, əlimizdən gələnin ən yaxşısını etməliyik və bu matçda meydanda maksimum gücümüzü ortaya qoymalıyıq. Qarşılaşmaya kifayət qədər yaxşı başladıq. İlk hissədə rəqibə boş zonalar verməməyə çalışırdıq.

Mən meydanın kənarında, oyuna ən yaxın məsafədə dayanan şəxsəm. Onların topu necə ötürdüklərini, necə hərəkət etdiklərini və topun hansı sürətlə irəlilədiyini görürdüm. Futbolçularımın meydanda nələr yaşadığını, boşluqları bağlamaq və rəqib oyunçuları qarşılamaq üçün nə qədər güc sərf etdiklərini təsəvvür edə bilirdim".

Qeyd edək ki, "Sabah" – "Barselona" matçı İspaniya təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Mənbə: Dambrauskas: Futbolçularımın meydanda nələr yaşadığını təsəvvür edə bilirdim