Ağdamın daha bir kəndinə köç başlayır

Bu gün, 10:24 · bolge · vasif
Ağdamın daha bir kəndinə köç başlayır


Ağdam rayonunun işğaldan azad olunan daha bir kəndinə köç başlayır.
Rayonun Eyvazxanbəyli kəndinə qayıdışa hazırlıq görülür.

Noyabrın 25-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsində adıçəkilən yaşayış məntəqəsinə qayıdacaq ailələr arasında evlərin bölgüsünə dair püşkatma keçirilib. Keçmiş məcburi köçkünlər yaxın günlərdə doğma yurdlarına yola salınacaqlar.

Qeyd edək ki, Eyvazxanbəyli kəndi 2020-ci il noyabrın 20-də işğaldan azad olunub.

2024-cü il sentyabrın 19-da kəndin təməli qoyulub.

Birinci mərhələ üzrə kənddə ümumilikdə 427 fərdi yaşayış evi inşa olunub. Evlər ailələrin tərkibi və ehtiyacları nəzərə alınmaqla 1, 2, 3, 4 və 5 otaqlı olmaqla müxtəlif tip və ölçülərdə layihələndirilib.

Layihə üzrə kənddaxili yolların ümumi uzunluğu 13,9 kilometr təşkil edir. Yaşayış məntəqəsində sosial obyektlərin tikintisi də layihənin əsas tərkib hissəsidir. Kənddə 720 şagird yerlik tam orta məktəbin inşası planlaşdırılır ki, bunun 360 yerlik hissəsi birinci mərhələdə, digər 360 yerlik hissəsi isə ikinci mərhələdə həyata keçiriləcək. Bundan əlavə, 120 yerlik uşaq bağçası, ailə sağlamlıq mərkəzi və inzibati bina tikilir.

Mənbə: Ağdamın daha bir kəndinə köç başlayır