Rusiyaya DƏHŞƏTLİ HÜCUM: 700 dron vuruldu - Moskvada PANİKA

Bu gün, 13:11 · dunya · vasif
Rusiyaya DƏHŞƏTLİ HÜCUM: 700 dron vuruldu - Moskvada PANİKA


Noyabrın 24-nə keçən gecə Moskva istiqamətində 355 Ukrayna pilotsuz uçuş aparatı (PUA) uçub.

Bu barədə Rusiya paytaxtının meri Sergey Sobyanin sosial şəbəkə hesabında məlumat verib.

Sobyaninin sözlərinə görə, dronların əksəriyyəti hava hücumundan müdafiə (HHM) qüvvələri tərəfindən "uzaq yaxınlaşmalarda" zərərsizləşdirilib.

O qeyd edib ki, 63 PUA isə bilavasitə Moskvaya yaxınlaşarkən vurulub.

"Rosaviasiya"nın məlumatına əsasən, Moskvanın "Vnukovo" və "Şeremetyevo" hava limanları bir neçə saat ərzində reysləri əvvəlcədən razılaşdırılmış qaydada qəbul edib və yola salıb.

Dron təhlükəsi səbəbindən noyabrın 23-ü axşam saatlarında Kaluqa hava limanında da məhdudiyyətlər tətbiq olunub.

Kaluqa vilayətinin qubernatoru Vladislav Şapşa axşam və gecə ərzində bölgə üzərində 60 dronun məhv edildiyini bildirib. Onun sözlərinə görə, xəsarət alan və dağıntı qeydə alınmayıb.

Rusiya Müdafiə Nazirliyi isə gecə ərzində Rusiya ərazisi və ilhaq edilmiş Krım üzərində ümumilikdə 699 Ukrayna dronunun vurulduğunu açıqlayıb. Rəsmi məlumata görə, vurulan PUA-lar arasında Bryansk, Belqorod, Kaluqa, Moskva, Oryol və Smolensk vilayətləri üzərində məhv edilən dronlar da var.

Mənbə: Rusiyaya DƏHŞƏTLİ HÜCUM: 700 dron vuruldu - Moskvada PANİKA