Qayınanasının qızıllarını oğurlayıb nişanlısına “İphone 17” aldı - Bakıda film kimi cinayət

Bu gün, 11:39 · hadise · vasif
Qayınanasının qızıllarını oğurlayıb nişanlısına “İphone 17” aldı - Bakıda film kimi cinayət


Bakıda 2003-cü il təvəllüdlü gənc elçi getdiyi qızın anasının qızıllarını oğurlayıb.
Xitab24.az xəbər verir ki, hadisə Xətai rayonu, Gəncə prospektində baş verib.
Araşdırmalar nəticəsində hadisəni 2003-cü il təvəllüdlü Kərim Gəraybəylinin (ad-soyad şərtidir) törətdiyi məlum olub. Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə cinayət işi açılıb.

Araşdırmalar nəticəsində məlum olub ki, K.Gəraybəyli sosial şəbədəkə tanış olduğu qızla evlənmək qərarına gəlib, bu məqsədlə ailə üzvləri ilə birlikdə elçi gedib. "Hə" cavabı alındıqdan sonra nişan mərasiminin vaxtı dəqiqləşdirilib. Daha sonra qızın anası qızıllarını taxmaq istəyərkən onların yerində olmadığını görüb.

Bəlli olub ki, K.Gəraybəyli qayınanasının evində olarkən ona məxsus 22 420 manat məbləğində qızıl-zinət əşyalarını oğurlayaraq satıb.

Maraqlıdır ki, Kərim satdığı qızılların pulu ilə nişanlısına 3.000 manat dəyərində “İphone 17 Pro” markalı mobil telefon hədiyyə alıb. Bundan başqa, restoranda birlikdə şam yeməyinə 370 manat hesab ödəyib, xonça hazırlanması üçün qıza 2.800 manat verib. Nişan üzüyünə isə 1500 manat xərcləyib.

Kərimin əməlinin üstü polisin araşdırması nəticəsində üzə çıxıb.

Qeyd edək ki, oğurluq əməli nişan mərasimi günü üzə çıxıb. Bu cinayət əməlinə görə, K.Gəraybəylinin azadlığı 3 il müddətinə məhdudlaşdırılıb.

Mənbə: Qayınanasının qızıllarını oğurlayıb nişanlısına “İphone 17” aldı - Bakıda film kimi cinayət