EDNEWS
İranın İrəvanda nəhəng planı – Tərəflər razılığa gəldi
İran və Ermənistan Ermənistan ərazisində neft emalı zavodunun tikintisi ilə bağlı danışıqlar aparılması barədə razılığa gəliblər.
Bu barədə İranın neft naziri vəzifəsini icra edən Həmid Borda məlumat verib.
Onun sözlərinə görə, tərəflər arasında keçirilən müzakirələr uğurlu olub və layihənin həyata keçirilməsində İranın özəl sektorunun da iştirakı mümkündür.
Danışıqlar zamanı Ermənistana qaz və neft məhsullarının tədarükünün artırılması, həmçinin iki ölkə arasında energetika sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri də müzakirə edilib.
Mənbə: İranın İrəvanda nəhəng planı – Tərəflər razılığa gəldi