Dövlətdən xaricə mal satanlara ödəniş - Məbləğ belə hesablanacaq

Bu gün, 11:31 · cemiyyet · vasif
Dövlətdən xaricə mal satanlara ödəniş - Məbləğ belə hesablanacaq


İqtisadiyyat Nazirliyinin Kollegiyası "İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi ilə bağlı müraciət edilməsi və həmin müraciətlərə baxılması Qaydası"nı təsdiqləyib.
Bununla bağlı nazir Mikayıl Cabbarov yeni qərar imzalayıb.

Qərara əsasən, ixrac və daxili daşıma dəstəklərinin məbləğləri rüb ərzində həyata keçirilən daşımalara görə müvafiq olaraq ixracatçının və satıcının (malgöndərənin) müraciəti əsasında həmin rüb bitdikdən sonra ödəniləcək.

Bundan başqa, ərizədə aşağıdakı məlumatlar göstərilməlidir:

-"İnzibati icraat haqqında" qanununun 30.2-ci maddəsində nəzərdə tutulan məlumatlar;

- ərizə hüquqi şəxsin adından verildikdə hüquqi şəxsin rəhbərinin və ya nümayəndəsinin adı, soyadı, şəxsiyyətini təsdiq edən sənədlər haqqında məlumatlar, habelə ərizəni nümayəndə imzaladıqda onun səlahiyyətini təsdiq edən sənəd haqqında məlumat;

- ərizəçinin vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (bundan sonra - VÖEN);

- ərizəçinin ölkə ərazisində fəaliyyət göstərən bank və ya elektron pul təşkilatlarında (bundan sonra - bank) açılmış hesabının rekvizitləri;

- ixrac daşıma dəstəyi məbləğinin ödənilməsi ilə bağlı müraciətlər üzrə:

- ixrac olunan malın xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə (XİF MN 10 rəqəmli) kodu, adı, miqdarı, gömrük dəyəri;

- ixrac gömrük bəyannaməsinin sorğu nömrəsi və malın mənşə ölkəsini təsdiq edən sertifikatın nömrəsi (və ya ixracatçının Avropa Komissiyasının Qeydiyyata Alınmış İxracatçılar Sistemində qeydiyyat kodu);

-malı daşıyan daşıyıcının (daşıyıcıların) və ya ekspeditorun (bundan sonra - daşıyıcı) adı, daşıyıcının vergi uçotu olduğu halda VÖEN-i, xarici daşıyıcı olduqda isə onun qeydiyyat ölkəsindəki vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (TIN), daşıma növü (avtomobil, dəmir yolu, hava, dəniz və ya istifadə olunan bütün nəqliyyat növləri göstərilməklə multimodal), hər bir nəqliyyat vasitəsi üzrə daşınan malların adı, XİF MN kodu (10 rəqəmli), miqdarı, daşıma tam və ya qismən avtomobil nəqliyyatı vasitəsi (vasitələri) ilə həyata keçirildikdə həmin nəqliyyat vasitəsinin (vasitələrinin) qeydiyyat ölkəsi və qeydiyyat nömrəsi;

- daxili daşıma dəstəyi məbləğinin ödənilməsi ilə bağlı müraciətlər üzrə:

- daşınan malın adı, dəyəri (manatla), həcmi;

- daşınan malın təqdim edilməsinə (satışına) dair elektron qaimə-fakturanın nömrəsi;

- daşıyıcının adı və VÖEN-i;

- malın daxili tranzit xüsusi gömrük proseduru altında yerləşdirilməsinə dair gömrük bəyannaməsinin sorğu nömrəsi;

- Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində "İstehlak Mallarının Ekspertizası Mərkəzi" MMC-nin verdiyi qeyri-neft-qaz mallarının yerli mənşəli olması barədə mənşə rəyinin (bundan sonra – mənşə rəyi) rekvizitləri;

- ərizəçinin elektron poçt ünvanı və mobil telefon nömrəsi.

Qeyd edək ki, ixrac və daxili daşıma dəstəyinin ödənilməsi haqqında inzibati akt qəbul edildiyi halda həmin inzibati aktın qəbul edildiyi tarixdən 30 gün müddətində dəstək məbləği Nazirlik tərəfindən ərizəçinin hesabına köçürüləcək.

Malın daşınması üçün çəkilmiş xərc xarici valyutada ödənildiyi halda, ixrac və daxili daşıma dəstəyinin məbləği ödənişin həyata keçirildiyi tarixə (xərc hissə-hissə və ya fərqli tarixlərdə (valyutalarda) ödənildikdə, hər bir ödəniş hissəsinin həyata keçirildiyi tarixə) Azərbaycan Mərkəzi Bankının elan etdiyi rəsmi məzənnə əsasında manatla hesablanıb və ödəniləcək.

İxrac və daxili daşıma dəstəyinin ödənilməsi və yaxud ödənilməsindən imtina haqqında inzibati aktın etibarsız sayılmasının, ləğv olunmasının əsasları və qaydası "İnzibati icraat haqqında" qanunun 65-ci, 67-69-cu maddələri ilə müəyyən olunur. İxrac və ya daxili daşıma dəstəyi məbləği ödənildikdən sonra ixrac və ya daxili daşıma dəstəyinin ödənilməsi haqqında inzibati akt etibarsız sayıldığı və ya ləğv olunduğu hallarda ödənilmiş ixrac və ya daxili daşıma dəstəyi məbləği ərizəçi tərəfindən qaytarılır.

Nazirlik ixrac və daxili daşıma dəstəyinin ödənilməsi ilə bağlı daxil olmuş ərizə və ona əlavə olunan sənədlərdə göstərilən məlumatları araşdırmaq məqsədilə dövlət orqanlarına, banklara və daşıyıcılara sorğular göndərə bilər.

İqtisadiyyat Nazirliyinin Kollegiyası eləcə də, "Müxtəlif nəqliyyat növləri ilə (multimodal) daşımalar zamanı ixrac daşıma dəstəyi məbləğinin hesablanması Qaydası"nı təsdiqləyib.

Qərara əsasən, müxtəlif nəqliyyat növləri ilə (multimodal) daşımalar zamanı ixrac daşıma dəstəyinin məbləği aşağıdakılar əsasında hesablanacaq:

Mənbə: Dövlətdən xaricə mal satanlara ödəniş - Məbləğ belə hesablanacaq