EDNEWS
Bakıda polkovnik avtomobili ilə qadını vurub öldürdü
Bakı sakini avtomobillə qarajdan çıxarkən qəza törədib.
Oxu.az xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, Naxçivani küçəsi, ev 15 ünvanında yerləşən çoxmərtəbəli binanın yeraltı dayanacağının qarşısında baş verib.
1958-ci il təvəllüdlü Həsən Arif oğlu Seyidbəyov idarə etdiyi "Mitsubishi Outlander" markalı avtomobillə qarajdan çıxarkən 1955-ci il təvəllüdlü Esmira Həsənağa qızı Sadıqovanı vurub. Piyada aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Qeyd edək ki, H.Seyidbəyov polkovnikdir və yüksək vəzifədə çalışır.
Mənbə: Bakıda polkovnik avtomobili ilə qadını vurub öldürdü