Vətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi

Bu gün, 09:55 · cemiyyet · vasif
Vətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi


Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəis müavini polkovnik Füzuli İmrəliyevin rütbəsi artırılıb.

“Unikal” xəbər verir ki, Füzuli İmrəliyevə general-mayor rütbəsi verilib.
Qeyd edək ki, o, Vətən müharibəsi zamanı Daxili Qoşunların “Kobra” Xüsusi Təyinatlı Dəstəsinin komandiri olub. Hadrut və Şuşa istiqamətlərində gedən döyüşlərdə iştirak edən F.İmrəliyev Daşaltı əməliyyatı zamanı yaralanıb.

Füzuli İmrəliyev 2020-ci il dekabrın 9-u Prezident İlham Əliyevin Sərəncamı ilə “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına layiq görülüb.

Mənbə: Vətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi