Meşədə yanmış meyiti tapılan Aqil Rəsulov vəzifəli şəxs imiş - FOTO

3-11-2026, 10:34 · hadise · vasif
Meşədə yanmış meyiti tapılan Aqil Rəsulov vəzifəli şəxs imiş - FOTO


Oğuzda meşədə yanmış meyiti tapılan Aqil Rəsulov vəzifəli şəxs imiş.
Ölkə.az-ın əldə etdiyə xəbərə görə, o, Həbib Babayev adına şəhər 1 nömrəli tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində çalışırmış.

Hadisənin təfərrüatları hələlik məlum deyil.

Qeyd edək ki, 1965-ci il təvəllüdlü Aqil Ədil oğlu Rəsulovun yanmış meyiti oktyabrın 31-də səhər saatlarında şəhərin meşəlik ərazisində tapılıb.

Faktla bağlı Oğuz Rayon Prokurorluğunda araşdırmalar aparılır.

Mənbə: Meşədə yanmış meyiti tapılan Aqil Rəsulov vəzifəli şəxs imiş - FOTO