Usta işlədiyi evdən 18 minlik qızıl oğurladı

31-10-2026, 11:01 · hadise · vasif
Usta işlədiyi evdən 18 minlik qızıl oğurladı


Gəncədə mənzillərin birindən dəyəri 18 min manat olan qızıl-zinət əşyaları oğurlanıb.

Polisin keçirdiyi tədbirlərlə əməli törədən, həmin mənzildə usta işləyən Ç.Nəcəfov müəyyən edilərək saxlanılıb.

Ustanın oğurladığı qızıl-zinət əşyalarını satdığı məlum olub.

Hazırda faktla bağlı araşdırma davam edir.

Mənbə: Usta işlədiyi evdən 18 minlik qızıl oğurladı