EDNEWS
Avropa İttifaqı geri addım atdı
Monreal sammiti ərəfəsində Avropa İttifaqı Kanadaya “assosiasiativ üzv” statusunun verilməsi planından imtina edib. Üzv dövlətlər arasında yaranan kəskin fikir ayrılıqları səbəbindən sammitin yekun bəyanat layihəsindəki ifadələr yumşaldılıb.
Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin bir müddət əvvəl səsləndirdiyi bu təşəbbüsün Aİ müqavilələrində hüquqi əsasının olmaması narazılıq doğurub.
Xüsusilə Almaniya statusun yalnız namizəd ölkələrə şamil edilməsini tələb edib. Həmçinin ABŞ Prezidenti Donald Trampın bu addımı “düşmənçilik” kimi dəyərləndirib ticarəti dayandırmaq hədəsi də geri adıma təsir göstərib.
Yenilənmiş layihəyə əsasən, tərəflər 2027-ci ilə qədər tam üzvlükdən kənar, sadəcə “daha sıx tərəfdaşlıq” modeli üzərində işləyəcəklər. Kanadanın Baş naziri Mark Karni ticarət və enerji sahəsində Aİ ilə əlaqələri genişləndirmək niyyətində olduqlarını, lakin tam üzvlük məqsədi daşımadıqlarını bildirib.
Mənbə: Avropa İttifaqı geri addım atdı