AzTV üçün yeni bina tikiləcək

Bu gün, 12:49 · cemiyyet · vasif
AzTV üçün yeni bina tikiləcək


Azərbaycan Televiziyası və Radio Verilişləri QSC-nin (AzTV) yeni binasının tikintisi ilə əlaqədar ərazidəki ağacların vəziyyəti qiymətləndirilib.
AzTV xəbər verir ki, ümumi sahəsi 1/8 hektar olan tikinti ərazisində ilkin baş plana əsasən, müəyyən sayda ağac tikinti layihəsinin ərazisinə düşür.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Mirsalam Qənbərovun sözlərinə görə, ərazidə ağacların inventarlaşdırılması aparılıb, qiymətləndirmə işləri yekunlaşdırılıb və müvafiq rəy verilib.

O bildirib ki, tikinti layihəsinin ərazisinə düşən ağacların hər biri qeydiyyata alınıb. Köçürülməsi mümkün olan ağacların isə başqa əraziyə köçürülməsi nəzərdə tutulur.

Mənbə: AzTV üçün yeni bina tikiləcək