Toyda döyülən şəxs xəstəxanada öldü

6-10-2026, 09:49 · hadise · vasif
Toyda döyülən şəxs xəstəxanada öldü


Oktyabrın 2-si Abşeron rayonu Ceyranbatan qəsəbəsində keçirilən toy mərasimində döyülən gənc xəstəxanada vəfat edib.

“Ağır xəsarətlər alan 1994-cü il təvəllüdlü Cavid Nəzərlinin həyatını xilas etmək mümkün olmayıb.

O, ötən gün Sumqayıtdakı xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Mənbə: Toyda döyülən şəxs xəstəxanada öldü