Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfər edib - FOTO

16-04-2026, 11:50 · gundem / siyaset · vasif
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfər edib - FOTO


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 5-ci Antalya Diplomatiya Forumunda iştirak etmək üçün aprelin 16-da Türkiyəyə işgüzar səfərə gedib.

Antalya Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Antalya şəhərinin valisi Hulusi Şahin və digər rəsmi şəxslər qarşıladılar.

Mənbə: Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfər edib - FOTO